Siyasət

Prezident İlham Əliyev Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Mladen İvaniçi qəbul edib

17 Mart 2017 13:24
Baxış: 253

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 17-də Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Mladen İvaniçi qəbul edib.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə ikitərəfli münasibətlərimizin səviyyəsinin razılıq doğurduğu bildirildi, əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti qeyd edildi. Azərbaycan ilə Bosniya və Herseqovina arasında turizm, səhiyyə, qarşılıqlı ticarət və digər sahələrdə əməkdaşlıq imkanları ilə bağlı məsələlər müzakirə olundu.

Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar ətrafında fikir mübadiləsi aparıldı.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.