Siyasət

Nazir müavini: "Azərbaycan Əfqanıstanda sülh və sabitliyin bərpasında mühüm rol oynayır"

17 Mart 2017 10:51
0 Şərh     Baxış: 449

Azərbaycan "Asiyanın ürəyi - İstanbul prosesi" formatının aparıcı ölkələrindən biridir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Əfqanıstan xarici işlər nazirinin müavini Hikmət Xəlil Kərzai Bakıda "Asiyanın ürəyi - İstanbul prosesi" formatının üzv ölkələrinin yüksək səviyyəli rəsmilərinin iclasında deyib.

O qeyd edib: "Azərbaycan Əfqanıstanın yaxın tərəfdaşı kimi bu prosesi dəstəkləyir və müxtəlif sahələrdə səylərimizdə mühüm rol oynamaqda davam edir. Ümid edirəm ki, yaxın vaxtlarda Bakıda keçirilməsi planlaşdırılan formatın üzv ölkələrinin xarici işlər nazirləri səviyyəsində görüş bu prosesin irəliləməsi üzrə müsbət nəticə verəcək və biz Əfqanıstanda infrastrukturun bərpası və ölkədə sülh və sabitliyin bərqərar olunması üzrə əhəmiyyətli nəticələr əldə edəcəyik".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.