Siyasət

Əli Həsənov: "BMT-nin qətnamələrin icrasına eyni münasibət göstərməməsi təşkilatın nüfuzuna böyük zərbə vurur"

16 Mart 2017 17:54
Baxış: 359

"BMT-nin qətnamələrin icrasına eyni münasibət göstərməməsi təşkilatın nüfuzuna böyük zərbə vurur".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov V Bakı Qlobal Forumunda "Müasir dövrdə terrorizmlə mübarizədə necə qalib gəlmək olar? Hansı vasitə, üsul və strategiya tətbiq edilməlidir?" panelində çıxışı zamanı deyib.

Ə.Həsənov qeyd edib ki, müasir dövrdə beynəlxalq münasibətlərin formalaşmasında, geosiyasi proseslərin tənzimlənməsində beynəlxalq təşkilatların üzərinə mühüm vəzifə düşür:

"Dünya siyasətində aparıcı qurumların rolu və mövqeyi ilə bağlı yeni yanaşmalar meydana çıxır. İkili standartlar mövqeyindən yanaşması təəssüf doğurur. BMT qətnamələrin yerinə yetirilməsinə eyni münasibət göstərmir ki, bu da təşkilatın nüfuzuna böyük zərbə vurur, BMT-yə olan inam getdikcə azalır. BMT Dağlıq Qarabağla bağlı qətnamələrin yerinə yetirilməsində qətiyyətli mövqe nümayiş etdirmir. Məsələn, Liviya ilə bağlı qətnamələr dərhal yerinə yetirilsə də, Dağlıq Qarabağla bağlı qətnamələr 25 ildir yerinə yetirilmir. Ədalətli fəaliyyət məqsədilə təşkilatda köklü dəyişikliklərin aparılması üçün ciddi zərurət ortaya çıxır".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.