Siyasət

Sarkisyandan geri addım: "Biz müharibə istəmirik"

15 Mart 2017 14:16
8 Şərh     Baxış: 2 659

Ermənistan prezidenti Serj Sarkisyan Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda çıxışı zamanı Dağlıq Qarabağda mühabaribə istəmədiyini bildirib.

Milli.Az azvision.az-a istinadən xəbər verir ki, Sarkisyanın sözlərinə görə, Ermənistan, Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ATƏT-in Minsk qrupunun köməyi ilə sülh və danışıqlar vasitəsi ilə həll edilməlidir.

"Status-kvo qəbuledilməzdir, biz müharibə istəmirik", - deyə Sarkisyan vurğulayıb.

Qeyd edək ki, bir neçə gün öncə Ermənistan prezidenti mətbuata müsahibəsində ölkəsinin müharibəyə hazır olduğunu bəyan etmişdi: "Müdafiə naziri hər an müharibə əmrini gözləməlidir". 

Sarkisyanın bugünkü açıqlamasında "biz müharibə istəmirik" deməsi onun geri addım atmasından xəbər verir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.