Siyasət

Aureliya Qriqoriu: "İslamofobiya Avropada yolverilməz hərəkətlərə gətirib çıxarıb"

13 Mart 2017 13:21
0 Şərh     Baxış: 790

Niderland hakimiyyətinin hərəkətləri onun dünyanın ən tolerant ölkələrindən biri statusunu itirdiyini göstərir.

Milli.Az xəbər verir ki, bunu Day.Az-a Modlova İctimai Palatasının sədri (ombudsman), tanınmış hüquq müdafiəçisi Aureliya Qriqoriu deyib.

Qeyd edək ki, aprelin 16-da Türkiyədə keçiriləcək refendumda konstitusiyaya dəyişikliklərlə bağlı Niderlanddakı Türkiyə vətəndaşlarını məlumatalndırmaq üçün Rotterdamdakı mitinqə qatılmaq istəyən xarici işlər naziri Mövlud Çavuşoğlunun təyyarəsini enməyə qoymayıblar. O zaman mitinqdə çıxış etmək üçün Türkiyənin ailə və sosial siyasət naziri Fatma Betül Sayan Kaya quru yolla Almaniyadan Niderlanda getmək istəyir. Lakin Niderland polisi nazirin avtomobilinin qarşısını kəsib, onu "arzuolunmaz əcnəbi" elan edərək ölkədən qovub. Baş nazir Mark Rütte iki türkiyəli nazirin Niderlanda buraxılmamasına görə Ankaradan üzr istəməkdən imtina edib.

A.Qriqoriunun sözlərinə görə, Niderland hakimiyyət orqanlarının Türkiyənin yüksək rütbəli məmurlarına qarşı hərəkətlər təkcə bu iki ölkə arasında münasibətləri korlamayıb:

"Mənim fikrimcə, Niderland dünyanın ən tolerant 5 ölkəsindən biri statusunu itirdi. Təəssüf ki, müasir Avropada mövcud İslamofobiyanın nümayişi belə yolverilməz hərəkətlərə kimi gətirib çıxarıb.

Niderlandın rəsmi şəxslərinin hərəkətlərinə qarşı təəccüb və qınaqdan başqa bir şey bildirə bilmərəm. Eyni zamanda, bu iki ölkə arasında münasibətlərin normallaşması üçün tərəflərin tədbir görəcəyinə ümid edirəm".

Pünhan Mirzə
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.