Siyasət

Sərhəd komissarları institutu yaradılacaq

1 Mart 2017 12:36
0 Şərh     Baxış: 691

Azərbaycan və Gürcüstan arasında sərhəd komissarları institutu yaradılacaq.

Milli.Az APA-ya istinadən xəbər verir ki, yaxın vaxtlarda Gürcüstan DİN və Azərbaycan Dövlət Sərhəd Xidməti arasında bununla bağlı memorandum imzalanacaq.
 
Məlumata görə, müvafiq razılıq Gürcüstan daxili işlər naziri Georgiy Mqebrişvili və DSX rəisi Elçin Quliyev arasında Tbilisidə keçirilən görüşdə əldə olunub.
 
Sərhəd komissarları institutu sərhəddə insidentlərin nizama salınması məqsədilə yaradılır. Burada iki ölkənin sərhəd qurumlarının nümayəndələri təmsil olunacaq.
 
"Bizim məqsədimiz sərhəddə nəzarətin daha da gücləndirilməsi və iki ölkə arasında gələcək əməkdaşlığı dərinləşdirməkdir. Bu da, öz növbəsində, iki ölkənin təhlükəsizliyinə töhfə verəcək", - deyə G.Mqebrişvili söyləyib.
 
G.Mqebrişvili E.Quliyevi sərhəd-keçid məntəqələrin reabilitasiyası, sərhəd polisinin peşəkarlığının artırılması və müasir texnika ilə təchizatına dair layihələrlə də tanış edib. Öz növbəsində, E.Quliyev əməkdaşlığın genişləndirilməsinə hazır olduğunu qeyd edib.
 
E.Quliyev Gürcüstana səfəri çərçivəsində həmkarı David Nikoleişvili və Polis Patrul Departamentinin direktoru Qoqa Razmadze ilə də görüşüb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.