Siyasət

Bakıda Rumıniyanın milli bayramı qeyd olunub

1 Dekabr 2016 21:08
0 Şərh     Baxış: 319

Rumıniyanın Milli Birlik günü münasibəti ilə Bakıda tədbir keçirilib.

Trend-in məlumatına görə, qonaqları salamlayan Rumıniyanın Azərbaycandakı səfiri Dan Yanku bildirib ki, ölkəsi 1991-ci ildə Azərbaycanın müstəqilliyini tanıyan ikinci dövlət olub: "Rumıniya və Azərbaycan müxtəlif sferalarda əməkdaşlıq edir, bizim əlaqələrimiz dostluq və sabitliyə əsaslanır".

Onun sözlərinə görə, Rumıniya beynəlxalq arenada da Azərbaycanla tərəfdaşdır.

Mərasimdə iştirak edən xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev bildirib ki, iki ölkənin münasibətləri strateji xarakter daşıyır.

Nazir müavininin sözlərinə görə, iki ölkə arasında beynəlxalq arenada birgə fəaliyyət planı var və tərəflər bu planın tezliklə reallaşacağına ümid edirlər.

M.Məmməd-Quliyev hökumətlərarası komissiyanın işinin vacibliyini qeyd edib və bildirib ki, komissiyanın növbəti, beşinci iclasında tərəflər iqtisadi və enerji əməkdaşlığını müzakirə edəcək: "Avropa İttifaqının (Aİ) üzvü kimi Rumıniyaya göstərdiyi dəstəyə görə təşəkkür edirik. Aİ tərəflər arasında yeni sazişlə bağlı danışıqlara başlamaq üçün mandat verib".

Milli.Az

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.