Siyasət

Azərbaycanın İsveçdəki səfirliyində yaradılan seçki məntəqəsindən XƏBƏR VAR

26 Sentyabr 2016 13:53
Baxış: 3 771

Azərbaycan Respublikasının Konstitusiyasına təklif olunan əlavə və dəyişikliklər üzrə keçirilən referendumla əlaqədar səsverməyə ölkəmizin İsveçdəki səfirliyində yaradılan seçki məntəqəsində də yerli vaxtla saat 8.00-də başlanılıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, səfirlikdə fəaliyyət göstərən, 17 saylı Yasamal üçüncü seçki dairəsinin tərkibində yaradılan seçki məntəqəsində İsveçdə, Norveçdə və Finlandiyada yaşayan Azərbaycan vətəndaşları səs verirlər. Vətəndaşlarımızın azad, şəffaf və rahat şəkildə səs verməsi üçün hər cür şərait yaradılıb.

Seçki məntəqəsi üzrə İsveçdə, Norveçdə və Finlandiyada yaşayan 810 nəfər qeydiyyata alınıb. Həmin vətəndaşların yaşayış və elektron poçt ünvanlarına əvvəlcədən müvafiq bildirişlər və Referendum Aktı layihəsi barədə məlumat göndərilib.

Səsvermə yerli vaxtla saat 19.00-da başa çatacaq.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.