Siyasət

Türkiyədəki soydaşlarımız da səs verirlər

26 Sentyabr 2016 11:25
Baxış: 2 986

Ümumxalq səsverməsi (referendum) ilə əlaqədar ölkəmizin Türkiyədəki səfirliyində səsvermə sentyabrın 26-da Türkiyə vaxtı ilə saat 8.00-da (Bakı vaxtı ilə 9.00) başlayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, burada 17 saylı Yasamal üçüncü seçki dairəsinin tərkibində yaradılmış 30 saylı seçki məntəqəsi fəaliyyət göstərir. Bu məntəqədə konsulluq qeydiyyatında olan 673 nəfər Azərbaycan vətəndaşı referendumda iştirak etmək hüququna malikdir.

Səsvermənin azad və şəffaf keçirilməsi üçün hər cür şərait yaradılıb. Səhər saatlarından başlayaraq səsvermədə fəallıq müşahidə edilir.

Səsvermə saat 19.00-da başa çatacaq.

Milli.Az

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.