Siyasət

Məzahir Pənahov: "Referendum baş tutdu" - YENİLƏNİB

27 Sentyabr 2016 03:50
Baxış: 17 647

27.09.2016

03:50

Azərbaycan Konstitusiyasına dəyişikliklərlə bağlı keçirilən ümumxalq səsverməsi (referendum) baş tutdu.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov sentyabrın 27-də keçirilmiş referendumun yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

M.Pənahov qeyd edib ki, bu dəqiqələrə qədər Mərkəzi Seçki Komissiyasının ümumi ölkə üzrə fəaliyyət göstərən 5627 seçki məntəqəsinin 70,2 faizindən, yəni 3950-dən məlumatlar daxil olub: "Ümumilikdə bütün 5627 məntəqənin hamısı vaxtında - səhər saat 08:00-da açılıb və gün ərzində proseslər Seçki Məcələsinin tələbinə uyğun olaraq həyata keçirilib. Bütün məntəqələr vaxtında bağlanıb, gün ərzində baş verən proseslərlə yanaşı, səslərin sayılması, hesablanması və MSK-ya çatdırılması da geniş ictimaiyyətin, yəni müşahidəçilərin, KİV nümayəndələrin iştirakı ilə həyata keçirilib və ümumilikdə referendum bütün məntəqələrdə, bütün dairələrdə Seçki Məcəlləsinin tələblərinə uyğun keçirilib.

MSK sədri əlavə edib ki, respublika üzrə seçici fəallığı 69,7 faiz - 3 671 707 nəfər təşkil edib: "Bildiyiniz kimi, referendumun baş tutması üçün seçicilərin 25 faizi iştirak etməlidir. Yəni ilkin olaraq bizim nəticəmiz bundan ibarətdir ki, səsvermə prosesindən 69,7 faiz seçici iştirak etdiyi üçün referendum baş tutmuş sayılır".

O vurğulayıb ki, səsvermə çox rahat, sakit, şəffaf şəkildə keçib, seçici fəallığı yüksək olub: "Beynəlxalq və yerli müşahidəçilər də seçicilərin fəallığını vurğulayırdılar. Bütün bunlar təsdiq edir ki, seçicilər Referendum Aktına çox ciddi yanaşıb və öz münasibətlərini bildirmək üçün məntəqələrə gəliblər. Mərkəzi Seçki Komissiyası bu referendumun hazırlanıb təşkil edilməsi istiqamətində öz işini həyata keçirib, həm dairə, həm də məntəqə seçki komissiyalarının üzvləri öz vəzifələrini peşəkarlıqla görüblər".

M.Pənahov əlavə edib ki, MSK-ya rəsmi şəkildə hər hansı şikayət daxil olmayıb: "MSK-nın "qaynar xətt"inə məlumat almaq məqsədilə müraciətlər edilib".

------------------

26.09.2016

20:18

Azərbaycan Konstitusiyasına dəyişikliklərlə bağlı keçirilən ümumxalq səsverməsində (referendum) yekun seçici fəallığı açıqlanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, Mərkəzi Seçki Komissiyasının (MSK) Seçkilər İnformasiya Mərkəzinin yaydığı məlumata əsasən, saat 19:00-a qədər referendumda respublika üzrə seçicilərin 69,7 faizi - 3 671 707 seçici səs verib.

Respublika üzrə seçicilərin sayı 5 267 111 nəfərdir.

Qeyd edək ki, Azərbaycanda ölkə Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə ümumxalq səsverməsi (referendum) keçirilib. Referendumda səsvermə saat 08:00-da başlayıb, saat 19:00-da isə yekunlaşıb.

Referendumu izləmək üçün 117 beynəlxalq müşahidəçi Mərkəzi Seçki Komissiyasında akkreditasiyadan keçib. Onlar təxminən 35 ölkənin, Avropa Şurası Parlament Assambleyası da daxil olmaqla, müxtəlif beynəlxalq təşkilatların nümayəndələri, parlamentarilərdir. Ümumilikdə müşahidəçilərin sayı təqribən 53 min nəfər olub.

Seçki məntəqələrində proseslərin bütünlüklə izlənilməsi məqsədilə bütün ölkə coğrafiyasını əhatə edən 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində (təqribən 20%) veb-kamera quraşdırılıb.

---------

19:03

Azərbaycan Konstitusiyasına dəyişikliklərlə bağlı keçirilən ümumxalq səsverməsi (referendum) başa çatıb.

Trend xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının (MSK) Seçkilər İnformasiya Mərkəzinin yaydığı məlumata əsasən, saat 17:00-a qədər referendumda respublika üzrə seçicilərin 63,6 faizi - 3 348 535 seçici səs verib.

-----------

17:26

Azərbaycan Konstitusiyasına dəyişikliklərlə bağlı keçirilən referendumda saat 17:00-a olan seçici fəallığı açıqlanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, Mərkəzi Seçki Komissiyasının (MSK) Seçkilər İnformasiya Mərkəzinin yaydığı məlumata əsasən, saat 17:00-a qədər referendumda respublika üzrə seçicilərin 63,6 faizi - 3 348 535 seçici səs verib.

-----------

15:28

Azərbaycan Konstitusiyasına dəyişikliklərlə bağlı keçirilən referendumda saat 15:00-a olan seçici fəallığı açıqlanıb.

Trend xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının (MSK) Seçkilər İnformasiya Mərkəzinin yaydığı məlumata əsasən, saat 15:00-a referendumda respublika üzrə seçicilərin 53,8 faizi - 2 833 064 seçici səs verib.

----------

12:33

Azərbaycan Konstitusiyasına dəyişikliklərlə bağlı keçirilən referendumda saat 12:00-a olan seçici fəallığı açıqlanıb.

Trend xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının (MSK) Seçkilər İnformasiya Mərkəzinin yaydığı məlumata əsasən, saat 12:00-a referendumda respublika üzrə seçicilərin 30,6 faizi - 1 613 879 seçici səs verib.

Respublika üzrə seçicilərin sayı 5 267 111 nəfərdir.

---------

10:37

Azərbaycanda Konstitusiyaya dəyişikliklərlə bağlı referendumun saat 10:00-a olan nəticələri məlum olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, Mərkəzi Seçki Komissiyasının (MSK) Seçkilər İnformasiya Mərkəzinin yaydığı xəbərə əsasən, saat 10:00-a olan məlumata görə, referendumda respublika üzrə seçicilərin 12,9 faizi - 680 438 seçici səs verib.

Qeyd edək ki, Azərbaycanda ölkə Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə ümumxalq səsverməsi (referendum) keçirilir. Referendum saat 08:00-da başlayıb və səsvermə saat 19:00-da başa çatacaq.

Referendumu izləmək üçün 117 beynəlxalq müşahidəçi Mərkəzi Seçki Komissiyasında akkreditasiyadan keçib. Onlar təxminən 35 ölkənin, Avropa Şurası Parlament Assambleyası da daxil olmaqla, müxtəlif beynəlxalq təşkilatların nümayəndələri, parlamentarilərdir. Ümumilikdə müşahidəçilərin sayı 53 minə yaxındır.

Seçki məntəqələrində proseslərin bütünlüklə izlənilməsi məqsədilə bütün ölkə coğrafiyasını əhatə edən 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində (təqribən 20%) veb-kamera quraşdırılıb. Seçkilərdə 5600-dən artıq seçki məntəqəsi var. Hər seçki məntəqəsinə 10-a yaxın müşahidəçi düşür.

----------

08:00

Azərbaycanda ölkə Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə ümumxalq səsverməsi (referendum) keçirilir.

Milli.Az Trend-ə istinadən bildirir ki, saat 08:00-da başlayan səsvermə saat 19:00-da başa çatacaq.

Referendumu izləmək üçün 117 beynəlxalq müşahidəçi Mərkəzi Seçki Komissiyasında akkreditasiyadan keçib. Onlar təxminən 35 ölkənin, Avropa Şurası Parlament Assambleyası da daxil olmaqla, müxtəlif beynəlxalq təşkilatların nümayəndələri, parlamentarilərdir. Ümumilikdə müşahidəçilərin sayı 53 minə yaxındır.

Səsvermə günü seçki məntəqələrində proseslərin bütünlüklə izlənilməsi məqsədilə bütün ölkə coğrafiyasını əhatə edən 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində (təqribən 20%) veb-kamera quraşdırılıb.

Seçkilərdə 5600-dən artıq seçki məntəqəsi olacaq. Hər seçki məntəqəsinə 10-a yaxın müşahidəçi düşür.

Qeyd edək ki, iyulun 18-də Azərbaycan Prezidenti tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 153-cü maddəsi rəhbər tutularaq, "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Referendum Aktının layihəsi Konstitusiya Məhkəməsinə rəy verilməsi üçün təqdim edilmişdi.

Referendum Aktı layihəsində Azərbaycanda birinci vitse-prezident və vitse-prezidentləri postlarının yaradılması, prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilə artırılması, prezidentə Milli Məclisi buraxmaq və növbədənkənar prezident seçkilərinin elan edilməsi səlahiyyətinin verilməsi, prezident seçkilərində yaş məhdudiyyətinin aradan qaldırılması, parlament seçkilərində iştirak üçün yaş həddinin 25-dən 18-ə endirilməsi nəzərdə tutulur.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.