Siyasət

"Beynəlxalq ictimaiyyət Dağlıq Qarabağ münaqişəsində status-kvonu qətiyyətlə pisləməlidir"

13 Aprel 2016 19:01
Baxış: 1 007

Avropa İttifaqının (Aİ) ötən gün verdiyi bəyanat son illər Dağlıq Qarabağ münaqişəsi üzrə ən mühüm bəyanatdır.

Bunu Trend-ə elektron poçt vasitəsilə siyasi analitik, Markett Universitetinin (ABŞ) beynəlxalq münasibətlər üzrə eksperti Piter Teys deyib.

P.Teys bildirib: "ABŞ-ın Azərbaycanın işğal edilmiş ərazilərində status-kvonu pisləyən bəyanatla hələ də çıxış etməməsi təəccüb doğrurur".

Onun sözlərinə görə, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını təcili azad etməlidir: "Beynəlxalq ictimaiyyət, Aİ və ATƏT, eləcə də ABŞ, Yaponiya, Pakistan, İndoneziya kimi dünyanın qabaqcıl dövlətlərinin Ermənistana Azərbaycan torpaqlarının işğalından imtina etmədiyi müddətcə sanksiya tətbiq etmələrinin vaxtı çatıb".

Xatırladaq ki, ötən gün Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini Avropa Parlamentinin Strasburqda keçirilmiş plenar sessiyasında qeyd edib ki, Azərbaycanın işğal edilmiş ərazilərində qurulmuş status-kvo yalnız daha böyük güc tətbiqinə gətirib çıxara bilər.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.