Ermənilər üsyan edir: "Bu, mənim savaşım deyil!" - AÇIQLAMALAR - FOTO
Dağlıq Qarabağ münaqişəsi zonasında aprelin 1-də hərbi əməliyyatlar başlanandan sonra Ermənistan sarsıdıcı zərbələr alıb.
Ermənistanın Dağlıq Qarabağda yerləşdirdiyi hərbi hissələrdə və birləşmələrdə itkilərin sayı açıqlanan rəsmi rəqəmlərdən dəfələrlə artıq olduğundan bu durum ermənilər arasında təlaş və qorxu yaratmaqla yanaşı, Yerevandakı iqtidara qəzəbi daha da artırıb.

Ermənilər döyüşlərlə bağlı Yerevanın yaydığı məlumatları ələ salırlar.
Milli.Az Ermənistanın epress.am saytına istinadən sosial şəbəkələrdə ermənilərin statuslarının sadəcə, bəzilərinin tərcümələrini təqdim edir:
"Uşaqlar, döyüşlərlə bağlı bizə verilən məlumatlara inanmayın! Hamısı yalandır!"
"Fikir verdinizsə, dünənə qədər söydüyünüz, "debil" adlandırdığınız və yalanlardan bezdiyinizi dediyiniz Serj Sarkisyanın dediklərinə indi inanır, paylaşırsınız"

"Azərbaycan əsgərləri Dağlıq Qarabağda postlarımızı ələ keçirəndə rəsmi qurumlar bu barədə bir kəlmə də demədilər. Biz daha nəyi bilmirik?"
"Hərbçilər barədə videolar paylaşmayın! O videolarda hərbi hissələrin nömrələri, qoşunların hərəkətləri, komandirlərin ad və soyadları, hətta telefon nömrələri aşkarlanır. Belə axmaq olmayın!"
"Ermənistan müdafiə nazirinin mətbuat xidmətinin rəhbəri Harsrun Hovanisyanın dediklərinə inanırsınız? Bu degenerat yalan danışmağına nə zaman son qoyacaq?"

"Onlar bizə deyirlər: "Qarabağa get, həlak ol, sənə medal verəcəyik! Qorxma, öl, əvəzində Ermənistanda yenisi doğulacaq. Onu da 18 yaşı tamam olanda müharibəyə göndərəcəyik, öləcək. Öl, öl, əhsən sənə". Budur bizə dedikləri"
"Bu müharibədə udan Sarkisyan və onun dəstəsi, uduzan isə Ermənistandır, yəni bizik. Müharibədə məğlub oluruq, amma bizə "Əhsən sizə, qalib gəlirik!" deyirlər"

"Bu, mənim savaşım deyil! Bu, rüşvətxor, korrupsiyaya boğulmuş hakimiyyətin, Serj Sarkisyanın dövlət maşınının savaşıdır. Sarkisyanın dəstəsi siyasi qələbələr, iqtisadiyyatdakı bərbad vəziyyəti ört-basdır etmək üçün köpüklü vətənpərvərlik dalğası yaratmaq üçün savaşır. Sənlə mən isə sadəcə, günahsız insanların ölümünü alırıq. Adi insanlar bu savaşda qalib gəlmir. Bax, buna görə də baş verənlər mənim savaşım deyil".
"Fövqəladə vəziyyətlərdə Ermənistanın kütləvi informasiya vasitələri 1-ci Kanalın klonlarına, bütün siyasi partiyalar isə iqtidardakı Ermənistan Respublika Partiyasının eybəcər "əkiz"lərinə dönürlər. Artıq nifrət edirəm bu ölkəyə! Tərk edəcəyəm bu dövləti!"

"Bizə deyirlər, "Gedin, azərbaycanlıları öldürün!" Axı niyə, nə üçün, kimə və nəyə görə? Onlar haqsızdır, biz haqlı?! Yalandır! Bütün bunlar "Serjik"ə hakimiyyətdə qalmaq üçün gərəkdir. Bizə deyirlər, qan tökün, qatil olun, cəlladlıq edin, amma danışıqlar istəməyin, sülh arzulamayın. Getsəm, vuruşsam, azərbaycanlı əsgər məni öldürsə, ən uzağı, Facebook-da "Tanrı onun ruhuna xeyir-dua versin" yazacaqlar. Bu qədər - anam kasıblıqda yaşamağa davam edəcək, bir dəmir parçasını da "medal" adı ilə verəcəklər ona ki, sakitləşsin. Bizdən tələb olunur ki, vətənpərvərlik edək, Serj Sarkisyanı dəstəkləyək. Bizə silah verəcəklər, sonra da "Vur onu!" deyəcəklər. Çünki Yerevandakı hakimiyyətə qan gərəkdir. Biz də razılaşacağıq, erməni analar oğullarını savaşa, o ət maşınına göndərəcəklər"

"Ermənistan 2008-ci ilin martın 1-də Serj Sarkisyan kimi adamın prezidentliyinə razılaşmasının hesabını ödəyir. Mən burada, Yerevanda isti mənzildə oturmuşam, oğlunu müharibədə itirmiş Yeranik nənə isə Varazabun kəndində oturub və sabah sağ qalıb-qalmayacağını bilmir"

"Axı niyə anlamırıq ki, Azərbaycanın rayonlarını ələ keçirsək də, o torpaqları həmişə saxlaya bilməyəcəyik?! Rusiya bizi Azərbaycanın üstünə qısqırdır, diaspor qısqırdır, böyük dövlətlər qısqırdır, bizi köpək sayırlar. Biz isə köpək yox, insanıq".
"Serj Sarkisyan deyəndə ki, "18 hərbçi itirmişik, 35 yaralımız var, amma Qarabağda situasiyaya nəzarət edirik" - ona inananlar tapılır. Sanki indiyədək yalan danışan bu adam deyil, onun başçılıq etdiyi Ermənistan Respublika Partiyası da ölkədə insanları qətlə yetirmir, qarət etmir. Sizə nə oldu belə?!"
Elçin Alıoğlu
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan XİN Çilini təbrik etdi
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Birinci xanım Mehriban Əliyeva ilə Şamaxıya səfəri ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
TDT-də yeni strategiya: Təhlükəsizlikdən enerji dəhlizlərinə qədər vahid güc mərkəzi
-
Dövlətin ən həssas sərhədi xəritədə deyil
-
Prezident İlham Əliyev: BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq
-
Prezident İlham Əliyev: Birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə daha böyük rol oynasın
XƏBƏR LENTİ
-
Elgiz Əkbər: "Oturub Milli Məclisdə, bir dəfə də məni yığmır" - (Video)
-
Boşanmadan aliment almaq olar? - Çoxlarının bilmədiyi qayda
-
Paşinyan mükafat almaq üçün Almaniyaya getdi
-
Azərbaycanın ilk sərhədçi generalı vəfat etdi
-
Həftəsonu hava dəyişəcək: Leysan yağacaq, dolu düşəcək - Proqnoz
-
Pensiyalar 10 faiz artdı
-
Azərbaycan millisinin heyəti açıqlandı - 30 futbolçu
-
Milli Musiqi Günü münasibətilə vağzalda fləşmob keçirildi - (Video)
-
Məşhur müğənni 15 ildən sonra Suriyada konsert verdi
-
Hörmüz boğazında tankerə hücum edildi
-
Afra Saraçoğlu da saxlanıldı
-
Ermənistanın keçmiş Baş nazirinin qardaşı saxlanıldı
-
Formula-1 ilə əlaqədar Bakıda bu yollar bağlanacaq - Tarixlər
-
"Arda Güler “Barselona”ya gedəcəkdi, o açıqlamadan sonra qərarını dəyişdi"
-
Ölkədə ətin qiyməti bahalaşacaq?
-
Kadırovun 18 yaşlı oğlu çıxışı ilə gündəm oldu - (Video)
-
Oğurluq edən "Cennifer Lopez" saxlanıldı
-
Saxlanılan şəxslər Azərbaycanda dini xadimlərə qarşı sui-qəsd hazırlayıblar - DTX - (Video)
-
Tahir Gözələ yeni vəzif verildi - Bank sədri oldu
-
Hərbi xidmət keçmədən “yararlı” hərbi bilet almaq mümkündürmü?
-
Türkiyədə 17 yaşlı qızlarını zəncirləyən valideynlər tutuldu: “Qızını döyməyən dizini döyər” - (Video)
-
Rusiya ordusunun 1668 günlük müharibədə itkiləri açıqlandı
-
Tbilisidə 55 uşaq və bir əməkdaş zəhərləndi
-
DTX terror təşkilatlarının kriptovalyuta üzərindən maliyyələşdirilməsini aşkarlayıb





