Siyasət

"Azərbaycan çətin məsələlərin həllində liderliyini sübut etdi"

2 Aprel 2016 12:34
Baxış: 991

Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-da Nüvə Təhlükəsizliyi Sammitində iştirak etməsi Vaşinqton və Bakı arasında mövcud olan hərtərəfli strateji tərəfdaşlığın sübutudur.

Milli.Az bildirir ki, bunu Trend-ə siyasi analitik, Markett Universitetinin (ABŞ) beynəlxalq münasibətlər üzrə eksperti Piter Teys deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyev ABŞ, o cümlədən ümumilikdə qərb demokratiyasının həmişə etibarlı tərəfdaşı olub.

P.Teys qeyd edib ki, nüvə silahının yayılması, nüvə materiallarının təhlükəsizliyinin möhkəmləndirilməsi, beynəlxalq təhlükəsizlik məsələləri dünyanın böyük dövlətləri üçün əsas çağırışlardır və Bakı belə çətin məsələlərin həllində öz liderliyini sübut edib.

O əlavə edib ki, ABŞ-ın Azərbaycanın ərazi bütövlüyünün tam təmin edilməsi üzrə addımlarını və Vaşinqtonun uzun illərdir Azərbaycan torpaqlarını işğal edən Ermənistan hökumətinə təzyiq göstərməsini görmək arzuediləndir.

P.Teys diqqətə çatdırıb ki, Azərbaycan terrorizmlə mübarizədə və Əfqanıstanda, Kosovada və digər beynəxalq missiyalarda təhlükəsizliyin təmin edilməsi üzrə əməliyyatlar çərçivəsində sülhməramlı missiyaların işində ABŞ-ın etibarlı tərəfdaşdır.

O vurğulayıb ki, Bakı Avropaya vacib enerji və təbii qaz tədarükçüsüdür və regionda insan haqları və demokratik dəyərlərin qatı müdafiəçisidir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.