Siyasət

"Qərb dövlətləri səfirlərini Ermənistandan geri çağırmalıdır"

26 Oktyabr 2015 11:03
0 Şərh     Baxış: 740

ABŞ-ın tanınmış siyasi eksperti hesab edir ki, Ermənistana işğalçı siyasətinə görə Qərb dövlətləri iqtisadi sanksiyalar tətbiq etməlidirlər.

ABŞ-ın Markett Universitetinin beynəlxalq əlaqələr üzrə eksperti, siyasi analitik Piter Teys dailykarabakh-a açıqlamasında deyib ki, Qərb dövlətləri Azərbaycanın ərazi bütövlüyünü və beynəlxalq səviyyədə tanınan sərhədlərini təmin etməkdə öz töhfəsini verməlidirlər: "Ermənistana siyasi təzyiq göstərmək və bu ölkənin işğalçı qoşunlarının Azərbaycanın suveren ərazilərindən çıxarılması üçün Qərb dövlətləri iqtisadi sanksiyalar tətbiq etməli və öz səfirlərini İrəvandan geri çağırmalıdırlar". 

Amerikalı ekspertin fikrincə, Suriyadakı vətəndaş müharibəsi Rusiyanın diqqətini Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətindən yayındırır və bu proses davam edə bilər. 

Diplomatın sözlərinə görə, Azərbaycan üçün ən mühüm məsələ dünya ictimaiyyətini Ermənistan kimi işğalçı bir dövlətin beynəlxalq qanunlara məhəl qoymadan 30 ilə yaxın bir müddətdə Azərbaycanın günahsız vətəndaşlarını öldürməkdən zövq aldığına inandırmaqdır. 

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.