Siyasət

"Bütün diqqət dərhal Dağlıq Qarabağ münaqişəsinin həllinə yönəlməlidir"

21 İyul 2015 16:44
0 Şərh     Baxış: 1 073

Dünya ictimaiyyəti dərhal bütün diqqətini Dağlıq Qarabağ münaqişəsinin həllinə yönəltməlidir.

Bunu Trend-ə siyasi analitik, Markette Universitetinin (ABŞ) beynəlxalq əlaqələr üzrə eksperti Piter Teys deyib.

O bildirib ki, Dağlıq Qarabağ münaqişəsi 25 ildən çoxdur ki, öz həllini tapmır, Ermənistan silahlı qüvvələri daim atəşkəs rejimini pozur.

Ekspertin sözlərinə görə, 2005-ci ildən Dağlıq Qarabağ əhalisinin sayında əhəmiyyətli artım müşahidə edilmir: "İnfrastrukturun zəif inkişaf etdiyi, cüzi iqtisadi fəallıq və müxtəlif xidmətlərə məhdud çıxışı olan bu ərazidə ermənilər çətin şərtlər daxilində yaşayırlar".

P.Teys qeyd edib ki, 1992-ci ildən ATƏT-in Minsk qrupu bu məsələni həll etməyə çalışsa da, danışıqlarda hər hansı irəliləyiş əldə olunmayıb: "ATƏT-in Minsk qrupu qeyri-effektivliyini və əsassızlığını sübut etdi. Təəssüf ki, ATƏT-in himayəsi altında Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyişin səviyyəsini qiymətləndirmək çox çətindir. ATƏT çərçivəsindən xaric, dünya ictimaiyyətinin bütün diqqətini münaqişənin həllinə yönəltməsinə ehtiyac var".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.