Siyasət
"Washington Post": Baltimor hadisələri ABŞ-dan kənarda baş versəydi, Qərb mətbuatı onu necə işıqlandırardı?
1 May 2015 18:18
0 Şərh
Baxış: 1 720
ABŞ-ın nüfuzlu "Washington Post" nəşrinin redaktorlarından biri Karen Attiah Baltimor hadisələri ABŞ-dan kənarda baş versəydi, Qərb KİV-lərinin onu necə işıqlandıracağı barədə məqalə yazıb.
Milli.Az-ın Trend-ə istinadən məlumatına görə, müəllif yazır: "Beynəlxalq liderlər Amerikada, xüsusilə etnik azlıqlara qarşı irqçilik və dövlət zorakılığının artması, eləcə də polis zorakılığı ilə əlaqədar müraciət zamanı hüquq-mühafizə orqanlarında korrupsiya barədə narahatlıqlarını bildirərdilər".
Məqalədə deyilir ki, dövlətin təhlükəsizlik qüvvələrinin nümayəndələri ağdərili əhalinin nümayəndələri ilə müqayisədə etnik azlıq olan qaradərili amerikalıları daha çox öldürürlər: "Polis ağdərili amerikalı kişilərlə müqayisədə 21 dəfə artıq ehtimalla gənc qaradərili amerikalı kişiləri daha çox güllələyəcək".
K.Attiah qeyd edir ki, Böyük Britaniya son bir neçə ayda Amerikada hadisələrin təhlükəli tərəfə istiqamət alması ilə bağlı narahatlığını bildirib: "Böyük Britaniya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, "biz Amerika rejimini yerli etnik qrupların üzvləri ilə kobud rəftar edən dövlət təhlükəsizlik agentlərinin "ipini çəkməyə" çağırırıq". Bütün vətəndaşlara, qaradərili və ağdərililərə qarşı qanunun aliliyi və insan haqlarına hörmət prinsiplərinin bərabər tətbiqi sağlam demokratiya üçün böyük önəm kəsb edir. Böyük Britaniya keçmiş koloniyadakı kimi Amerikada maraqlarını həmişə dəstəkləyib".
O yazır ki, Fələstin Amerikanın müxtəlif şəhərlərində polis zorakılığına etiraz edənlərə gözyaşardıcı qaz əleyhinə xüsusi komplektlər göndərməklə amerikalı demokratik fəallara köməyini təklif edib: "Misirin demokratik qrupları da bəyan ediblər ki, ABŞ etirazçıları ilə təcrübələrini bölüşmək niyyətindədirlər".
Məqalədə bildirilir: "BMT-nin bəyanatında deyilir ki, təşkilat Amerikada son aylar müşahidə edilən polisin hərbiləşməsini və zorakılığını qınayır və ABŞ-ın dövlət təhlükəsizlik qüvvələrini Baltimorda Freddi Qreyin ölüm faktı üzrə dəqiq araşdırma aparmağa təkidlə çağırır".
Müəllifin sözlərinə görə, beynəlxalq analitiklər müəyyən texnologiya üzrə qızışdırılan "Amerika baharı"nın başlanmasını proqnozlaşdırır: "Beynəlxalq hüquq-mühafizə qrupları Amerikanın qaradərili etnik azlıqları üçün sığınacağın verilməsi prosesini asanlaşdırmaq məqsədilə dünya ictimaiyyətinə müraciət ediblər. Avropa İttifaqının insan haqları üzrə mətbuat katibi "Avropa İttifaqı ABŞ-da həyatları ilə risk edən və dövlətin zorakılığından qaçan qaradərili qaçqınları öz ərazisində yerləşdirməyə hazırdırmı" sualına cavabında deyib: "Daha çox qaradərili qaçqın?" Bizim başımız öz böhranımıza qarışıb, ona görə də bunun üçün heç də uğurlu vaxt deyil. Bundan başqa, inanırıq ki, amerikalılar problemi öz gücləri hesabına həll edəcəklər. Amerikalı məmurlar dövlət KİV-lərinə təzyiq göstərərək etirazçıları quldurlar adlandırırlar".
Milli.Az

DİGƏR XƏBƏRLƏR
-
Rəşad Aslanov etimadnaməsini Ərdoğana təqdim edib - (Foto)
-
Prezident İlham Əliyev Makedoniya Prezidentini təbrik edib
-
Azərbaycan və Ermənistan sülhə doğru irəlilədikcə, bu film yanıldıcı mənzərə yaradır
-
Sahibə Qafarova Alimlər və Parlamentarilər üçün 4-cü beynəlxalq seminarda çıxış edib - (Foto)
-
İpoteka və Kredit Zəmanət Fondunun İdarə Heyətinə yeni sədr təyin olundu
-
Prezident İlham Əliyev Fəxri Kazımovu vəzifəsindən azad etdi
XƏBƏR LENTİ
-
Messi Avropada klub alır
-
Azərbaycan nefti yenidən bahalaşdı
-
Birinci vitse-prezident Mehriban Əliyeva Aleksandr Şarovskinin vəfatı ilə bağlı paylaşım edib - (Foto)
-
Arda Gülerə Çempionlar Liqasından möhtəşəm mükafat - Luiş Fiqu təqdim etdi - (Foto)
-
BDYPİ-dən hərəkət iştirakçılarına müraciət
-
Paşinyan Fransaya getdi
-
Abdullah Zubirin Səudiyyə Ərəbistanında çıxışına maneə
-
Bakıda Dördüncü İqlim Həftəsinin üçüncü günü keçirilir
-
Dünya bazarında neft yenidən bahalaşdı
-
Bakının bu yollarında tıxac var
-
Qazaxıstan və Azərbaycan Xəzər dənizi ilə sərnişin daşımalarını bərpa edəcək
-
Qatıq və ya süd deyilmiş: Bağırsaqlar üçün ən faydalı qida məlum oldu
-
Daha az şəkərli mürəbbə hazırlamaq istəyənlərə tövsiyə
-
Heç vaxt yola getməyən bürc cütlükləri
-
“5 il ömrüm qalıb” - Brüs Kempbell
-
Məşq etmədən əzələ artırmaq mümkün olacaq - Yeni texnologiya
-
Ərik, şaftalı və gavalının qabığını yemək olarmı?
-
Bağçaya kül səpin: Möcüzə yaradır
-
Xərçəng xəstələrinin sayı 67% artacaq
-
UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk oyunları keçirilib
-
Zərdabda ağır qəzada 5 nəfər yanaraq ölüb - (Foto)
-
“WhatsApp” bu telefonlarda artıq işləməyəcək
-
"Miss Avstriya"nın qalibi 22 yaşında vəfat etdi - (Foto)
-
Şəkidə faciəvi şəkildə ölən Ucal bu agentliyin əməkdaşı imiş