Siyasət
Azərbaycan Prezidenti İlham Əliyevin Səudiyyə Ərəbistanına rəsmi səfəri ərəb mediasında geniş işıqlandırılıb
11 Aprel 2015 17:18
Baxış: 1 706
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Prezidenti İlham Əliyevin Səudiyyə Ərəbistanına rəsmi səfəri ərəb mediasında geniş işıqlandırılıb. Yaxın Şərqdə dərc olunan qəzetlər və nüfuzlu ərəbdilli telekanallar Azərbaycan Prezidentinin səfərini regional əməkdaşlığın yeni səhifəsi kimi qiymətləndiriblər.
Dövlətimizin başçısının səfərinin təfərrüatlarını əks etdirən yazılar mərkəzi qərargahı Səudiyyə Ərəbistanında yerləşən və ərəb dünyasının yüksək tirajlı mətbu orqanları sayılan "Hayat", "Al Vatan", "Madina Press", "Arab News", "Şərq", "Al Majlis" kimi yüksək tirajlı qəzetlərdə və nüfuzlu xəbər agentliklərində dərc edilib. Prezident İlham Əliyevin Səudiyyə Ərəbistanına səfəri Azərbaycanla Yaxın Şərq regionu arasında əlaqələrin yeni inkişaf mərhələsi kimi dəyərləndirilib. Yerli media orqanları Azərbaycan Prezidentinin iki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Əl Səudla görüşü zamanı müzakirə olunan siyasi, iqtisadi əməkdaşlıq, enerji sahəsi, qarşılıqlı sərmayə qoyuluşu və turizm sektorunda tərəfdaşlığın perspektivlərinə diqqət çəkiblər. "Arab Press" və "Al Riyad" xəbər agentlikləri isə paytaxt Ər-Riyad və Ciddə şəhərlərində Krallığın hökumət rəsmiləri, beynəlxalq təşkilatların rəhbərləri ilə keçirilən görüşlərdən önəmli məqamlar və fotolar dərc edib.
Yaxın Şərq mediası Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvlərinin ümrə ziyarətinə də xüsusi yer ayırıb. "Madina Press" İslam dünyasının əsas müqəddəs şəhəri Məkkədə Əl-Həram məscidinin ziyarətinə dair fotolar yayımlayıb.
Qeyd olunur ki, Azərbaycan Prezidenti və ailə üzvlərinin müqəddəs Kəbəyə daxil olması Səudiyə Ərəbistanı Krallığının dövlətimizin başçısına olan dərin hörmətinin təzahürüdür.
Birləşmiş Ərəb Əmirliklərində ərəb və ingilis dillərində dərc olunan "Gulf News" qəzetində də Prezident İlham Əliyevin Səudiyyə Ərəbistanına səfəri və Mədinə şəhərində Peyğəmbər məscidinin ziyarətinə dair yazılar yer alıb.
Qəzet yazır ki, Azərbaycan ərəb regionu üçün Avropa, Orta Asiya və Yaxın Şərq arasında strateji körpü və dinamik inkişaf edən tərəfdaşdır. Bu baxımdan Azərbaycan Prezidentinin regiona səfəri çoxtərəfli əlaqələrimizdə gələcək inkişafın başlıca təminatı olacaq.
Milli.Az

DİGƏR XƏBƏRLƏR
-
Qubadlının dirçəlişi Dövlət Proqramının mühüm hissəsidir - Kamaləddin Qafarov
-
Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib
-
Azərbaycan təhlükəsiz dünyanın qurulmasına töhfə verməyə davam edəcək - XİN
-
Bağçalı Türkiyədəki səfirimizlə görüşüb - (Video)
-
Hindistan yanaşmasını dəyişir - Qafqazda daha balanslı siyasət yürüdəcək
-
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi - XİN
XƏBƏR LENTİ
-
Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir
-
Gəncədə 49 yaşlı kişi bıçaqlandı
-
Dilarə Əliyevaya yeni vəzifə verildi
-
Sumqayıtda maşın piyadaları vurdu, sonra yandı
-
Milli Dram Teatrında Xalq yazıçısı, görkəmli dramaturq İlyas Əfəndiyevin anım günü keçirilib - (Foto)
-
Zığda yaşayış binasındakı yanğın söndürüldü - (Yenilənib)
-
Xocalının 3 kəndinə 7,3 milyon manat xərclənəcək
-
Hava ilə bağlı xəbərdarlıq edildi
-
Onların maaşına 50 faizədək əlavə veriləcək
-
Kafedəki davada saxlanılan deputat oğlunun fotosu
-
“QƏLƏBƏ NƏĞMƏSİ” - Gəncədə
-
Payızda bu qidaları süfrənizdən əskik etməyin
-
Qubadlının dirçəlişi Dövlət Proqramının mühüm hissəsidir - Kamaləddin Qafarov
-
Bəzi pensiya alanları hansı dəyişikliklər gözləyir?
-
Zeytun Festivalının ikinci günü başladı - (Foto)
-
Bakıya leysan yağacaq - Proqnoz verildi
-
Xəzərdə kütləvi balıq tələfatı - Azərbaycana təhlükə gözlənilir?
-
Xaçmazda 1 hektardan çox ərazini əhatə edən park yenilənir - (Foto)
-
Xəstəxanaya yerləşdirilən Xalq artisti danışdı
-
Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib
-
AzTV üçün yeni bina tikiləcək - (Video)
-
Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı
-
Bakıda ölümlə nəticələnən davada saxlanılanlardan biri deputat oğludur - (Foto)
-
Hitlerin Alp dağlarındakı keçmiş sığınacağında yanğın