Siyasət
Politoloq: "Ruzinskinin bəyanatı Rusiya ilə Azərbaycan arasında formalaşmaqda olan inam potensialını dağıdır"
5 Noyabr 2013 13:09
Baxış: 1 015
Ermənistanın Gümrü şəhərində dislokasiya olunmuş 102-ci Rusiya hərbi bazasının komandanı, polkovnik Andrey Ruzinskinin "Krasnaya Zvezda" qəzetinə müsahibəsində bildirdiyi "Rusiyanın Ermənistandakı hərbi bazaları Azərbaycan Dağlıq Qarabağda hərbi əməliyyata başlayarsa, Ermənistanı müdafiə etmək məqsədilə münaqişəyə qoşula bilər" fikri Rusiya-Azərbaycan münasibətlərinə ciddi təsir edə bilər.
Trend-in məlumatına görə, bu barədə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib.
Politoloqun fikrincə, A.Ruzinski və ya başqa bir rus hərbçinin bu tipli bəyanatı gözlənilən idi: "Azərbaycanın dünya erməniləri ilə savaşı çox aktiv fazadadır. Dünya ermənilərinin gücünün mənbəyi Rusiyaya söykənir. Putinin Ermənistanı kənara qoyaraq Azərbaycan-Rusiya münasibətlərini prioritetə çevirməsi dünya ermənilərinin kökünü kəsmək istiqamətində atılan addım kimi başa düşülməlidir. Ona görə ermənilər bütün imkanlarından istifadə edib Rusiya-Azərbaycan münasibətlərini pozmaq istəyirlər".
M.Əhmədoğlu qeyd edib ki, BMT TŞ-də heç nədən Rusiya və Azərbaycan diplomatları arasında münaqişə yaratmaq, Moskvada mərkəzində azərbaycanlının olması ilə etnik münaqişə yaratmaq və aradan qalxmasına imkan verməmək, Azərbaycanı Türkiyə ilə birlikdə Şimali Qafqazda vəziyyəti gərginləşdirən ölkə kimi təqdim etmək bu planın tərkib hissələridir.
Politoloqun fikrincə, bundan sonra da ermənilər Rusiya ilə Azərbaycanın münasibətini korlamaq istiqamətində addımlar atacaq. Rus hərbçi Ruzinskinin bəyanatı da bu qəbildəndir.
M.Əhmədoğlu hesab edir ki, A.Ruzinskinin verdiyi bəyanatın bir neçə diqqətçəkən məqamı var: "Ruzinski KTMT-yə istinad edir. KTMT isə dəfələrlə bəyan edib ki, Dağlıq Qarabağda müharibəyə qarışmayacaq. Beləliklə, Ruzinskinin KTMT-nin adı ilə ermənilərin maraqlarına xidmət etdiyi aydın görünür. Onun bəyanatı Rusiya ilə Azərbaycan arasında formalaşmaqda olan inam potensialına ciddi zərbə vurdu: damla-damla toplanan inam potensialını birdən-birə dağıtdı. İndiki məsuliyyətli dövrdə Rusiya və Azərbaycan arasında inam potensialı hədsiz vacibdir. Rəsmi Moskva təxminən bir ay ərzində A.Ruzinskinin bu bəyanatı barədə susub. Rusiyanın Müdafiə və Xarici İşlər nazirlikləri rus hərbçinin bu bəyanatını təkzib etməyiblər".
Politoloqun sözlərinə görə, Rusiya Ordusunun polkovniki, görünür, kifayət qədər özünəməxsus ağıla və düşüncəyə malikdir: "Dünya yalnız məndən başlayır" fəlsəfəsini əsas götürüb. Belə olmasaydı, o Ermənistanın baş naziri Tiqran Sarkisyanın Avropa Komissiyasında Rusiya hərbi bazalarının Ermənistandan çıxarılmasını müzakirə etməsindən xəbəri olardı. A.Ruzinksi savadsızlar içərisində orijinal deyil. Hədsiz çox səlahiyyətli şəxs var ki, rəhbərlik etdiyi prosesin mahiyyətindən xəbəri yoxdur. O cümlədən Ruzinskinin MDB-nin, eləcə də KTMT-nin nizamnaməsinin əsas mahiyyətindən və nizamnamə maddələrindən xəbəri yoxdur. KTMT heç bir halda MDB üzvünə qarşı müharibə elan edə bilməz. Azərbaycan MDB-nin üzvüdür. Bütün bunlar deməyə əsas verir ki, A.Ruzinski ermənilərin əlində cılız alətdir".
Milli.Az

DİGƏR XƏBƏRLƏR
-
Tramp İrana qarşı zərbələri dayandırmaq əmri verdi
-
Paşinyanla Makron Ermənistan-Azərbaycan sülh prosesini müzakirə ediblər
-
Si Cinpin və Putin İrana silah satmayacaqlarına söz veriblər - Tramp
-
Arayik Harutyunyan və digərlərinin şikayəti üzrə apellyasiya məhkəməsi prokurorların çıxışı ilə davam etdirilib (Foto)
-
Milli Məclis ABŞ Konqresi Nümayəndələr Palatasının qəbul etdiyi qanun layihəsinə etiraz edib
-
Prezident İlham Əliyev Türkiyəyə yeni səfir təyin etdi
XƏBƏR LENTİ
-
Zelenski Rusiyanın Şimali Koreya planını açıqladı
-
Elbrus dağında faciə: İki alpinist öldü, dörd nəfər itkin düşdü
-
Şəkidə ağır qəza: Ölən və yaralanan var
-
Xəzər dənizində zəlzələ oldu
-
Əllərinizdə bu əlamətlər varsa, diqqətli olun
-
Göz dəymə və nəfsə qarşı xalq təbabəti
-
Maşında ürəkbulanma: Pediatrdan valideynlərə məsləhət
-
Yayda arılardan qurtulmağın ən sadə yolu
-
Meyvə və tərəvəzləri daha uzun müddət təzə saxlamağın yolu
-
Ayaqlarınızı duz və soda ilə yuyun: Görün nə edir...
-
Hansı ayda doğulan insanlar daha çox yaşayır?
-
Mətbəxdəki bu məhsul tıxanmış boruları açır
-
Yatmazdan əvvəl hansı qidalar yuxusuzluğa səbəb olur?
-
Dondurma yeyərkən dişlərimizin ağrımasının səbəbi açıqlandı
-
Sarı, yoxsa qırmızı moruq faydalıdır?
-
Bu ölkədə çəngəllərdən istifadə etmirlər: səbəbi təəccübləndirəcək
-
Üç bürcün dönüş nöqtəsi: gələn həftə hər şeyi əldə edəcəklər
-
İsveçrədə minlərlə insan vergi verməmək üçün ateist olur
-
200-dən çox Amerika hərbçisi məhv edilib - SEPAH
-
İran ABŞ-la müharibə zamanı 18 milyard dollar dəyərində neft satıb
-
Coratda 26 yaşlı gənc dənizdə boğulub
-
Tramp İrana qarşı zərbələri dayandırmaq əmri verdi
-
Ordumuzun giziri həlak oldu - (Foto)