"Exit-poll"un nəticələrinə görə, İlham Əliyev seçkilərdə inamlı qələbə qazanıb - YENİLƏNİB - FOTO
9 oktyabr - Azərbaycan Respublikasının Prezidenti seçkilərində Fransanın "OpinionWay" Tədqiqat İnstitutunun keçirdiyi "exit-poll"un nəticələri açıqlanıb.
Trend-in məlumatına görə, prezident seçkilərində Fransanın "OpinionWay" Tədqiqat İnstitutunun keçirdiyi "exit-poll"un nəticələrinə görə, İlham Əliyev 82,8 faiz səslə birinci olub.
"Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasının sifarişi ilə Fransa Respublikasında fəaliyyət göstərən "OpinionWay" Tədqiqat İnstitutu 64 DSK üzrə 99 məntəqədə "exit-poll" keçirib. "Exit-poll"da 4701 səs vermiş respondent iştirak edib. "Exit-poll"un keçirilməsi metodologiyasına uyğun olaraq, seçki məntəqəsindən çıxan səs vermiş vətəndaşlar onlara təqdim olunan anketi özləri dolduraraq şəffaf qutuya salıblar. "Exit-poll"da iştirak edən seçicilərin anonimliyi təmin edilib. Şəffaf qutular səsvermə günü ərzində 4 dəfə (saat 12.00; 15.00; 17.00; 19.00) açılıb və məlumatlar mərkəzə ötürülüb.
"Exit-poll"un yekun nəticələrinə görə namizədlər aşağıdakı kimi səs (faizlə) toplayıblar:
1. Ağazadə İqbal Fehruz - 1,7
2. Əliyev İlham Heydər - 82,8
3. Əlizadə Araz Məmməd Mübariz - 0,5
4. Hacıyev Hafiz Ələmdar - 0,4
5. Həsənli Cəmil Poladxan - 9,3
6. Həsənquliyev Qüdrət Müzəffər - 2,9
7. İsmayılov İlyas Abbas - 0,5
8. Məmmədov Sərdar Cəlal - 0,6
9. Oruc Zahid Məhərrəm - 0,7
10. Quliyev Fərəc İbrahim - 0,6
Qeyd edək ki, prezident seçkilərinin şəffaf, azad, ədalətli və dünyada qəbul olunan demokratik standartlara uyğun şəkildə keçirilməsinə yardım göstərilməsi məqsədilə Fransada fəaliyyət göstərən "OpinionWay" Tədqiqat İnstitutunu "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyası "exit-poll" keçirilməsi üçün Azərbaycana dəvət edib. Bu ilin iyul ayının əvvəlindən "OpinionWay" Tədqiqat İnstitutu ilə danışaqlara start verilib və avqust ayının sonunda tərəflər arasında müqavilə imzalanıb.
"OpinionWay " Tədqiqat İnstitutu seçkiqabağı vəziyyətin öyrənilməsi məqsədilə 23-29 sentyabr 2013-cü il tarixdə bütün ölkə üzrə 1000 nəfər arasında ictimai rəy sorğusu keçirmişdi. Sorğuda iştirak edən və "Əgər seçkilər bu gün keçirilsəydi, kimə səs verərdiniz" sualını cavablandıran respondentlərin 79,9%-i İlham Əliyevə səs verəcəklərini bildirmişdilər.
------------
20:09
ABŞ-ın "Arthur J.Finkelstein and Associates" şirkəti Azərbaycanda prezident seçkiləri ilə əlaqədar əhali arasında keçirdiyi "exit-poll"un nəticələrini açıqlayıb.
Trend xəbər verir ki, bununla bağlı Müstəqil Mətbuat Mərkəzində yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında "AJF and Assiciates.İnc" təşkilatı bəyan edib ki, aparılan sorğu nəticəsində Azərbaycanın hazırkı dövlət başçısı, YAP-ın prezidentliyə namizədi İlham Əliyev 82,7 faiz səslə seçkilərdə qalib gəlib.
"Exit-poll" sorğusunun nəticələri aşağıdakı kimi olub:
Ağazadə İqbal - 1,6%
Əliyev İlham - 82,7%
Əlizadə Araz - 1,2%
Hacıyev Hafiz - 0,7%
Həsənquliyev Qüdrət - 1,7%
Həsənli Cəmil - 8,8%
İsmayılov İlyas - 0,9%
Quliyev Fərəc - 0,9%
Məmmədov Sərdar -0,6 %
Oruc Zahid - 0,9%
"Exit-poll" respublikadakı 125 seçki dairəsindən 100-nü əhatə edib. Sorğu üçün müasir elmi metodlar əsasında, bir sıra mühüm parametrlər nəzərə alınaraq 835 məntəqə seçilmişdi. Hər bir dairədə təsadüfi seçmə yolu ilə 10-a yaxın məntəqə müəyyən edilmişdi.
Sorğunun nəticələri gün ərzində üç dəfə (11.00, 14.00, 17.00) Bakı şəhərində yerləşən baş ofisə telefon vasitəsi ilə catdırılmışdır. Alınan nəticələr kompüterlərdə dərhal SPSS proqramının köməyi ilə ümumiləşdirilmişdir. Xüsusi, ASCİİ Proqramının köməyi ilə proses eyni zamanda "AJF&Associates,Inc." Təşkilatının ABŞ-dakı ofisində də izlənmiş və ümumiləşdirilmiş, Bakıdakı nəticələrlə müqayisə edilmişdir. Bu, informasiyaların emalının şəffaf şəkildə həyata keçirilməsinin mühüm qarantıdır.
---------
19:57
"Rəy" Monitorinq Mərkəzinin keçirdiyi "exit-poll"un ilkin nəticəsinə əsasən, hazırkı dövlət başçısı, YAP-ın prezidentliyə namizədi İlham Əliyev 81,4 faiz səslə seçkilərdə qalib gəlib.
X X X
"Els" Müstəqil Araşdırma Mərkəzi Azərbaycanda prezident seçkiləri ilə əlaqədar əhali arasında keçirdiyi "exit-poll"un ilkin nəticələrini açıqlayıb.
Trend xəbər verir ki, bununla bağlı Müstəqil Mətbuat Mərkəzində yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında "ELS" Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubova bildirib ki, aparılan sorğu nəticəsində Azərbaycanın hazırkı dövlət başçısı, YAP-ın prezidentliyə namizədi İlham Əliyev 80,8 faiz səslə seçkilərdə qalib gəlib.
---------
19:26
QHT Əməkdaşlıq Alyansı Azərbaycanda prezident seçkiləri ilə əlaqədar əhali arasında keçirdiyi "exit-poll"un ilkin nəticələrini açıqlayıb.
Trend xəbər verir ki, bununla bağlı Müstəqil Mətbuat Mərkəzində yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında Alyansın həmsədri Rufiq Qonaqov bildirib ki, aparılan sorğular nəticəsində Azərbaycanın hazırkı dövlət başçısı, YAP-ın prezidentliyə namizədi İlham Əliyev 83,89 faiz səslə seçkilərdə qalib gəlib.
Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə 1,88 faiz, öz təşəbbüsü ilə namizədliyini irəli sürmüş, deputat Zahid Oruc 0,98 faiz, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev 1,30 faiz, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev 0,79 faiz, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə 0,71 faiz, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev 0,63 faiz, "Demokratik Qüvvələrin Milli Şurası" Seçicilərin Təşəbbüs Qrupu tərəfindən namizədliyi irəli sürülmüş Cəmil Həsənli 8,20 faiz, Ədalət Partiyasının sədri, deputat İlyas İsmayılov 0,95 faiz, Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu 0,67 faiz səs toplayıb.
Qeyd edək ki, QHT Əməkdaşlıq Alyansı seçki günü ölkə üzrə 125 seçki dairəsində 939 məntəqədə "exit-poll" keçirib və müşahidələr aparıb. Alyansın müşahidəçiləri paytaxtda və ölkənin müxtəlif bölgələrində müşahidə aparıblar.
Milli.Az
---------
21:43
Böyütmək üçün şəkillərə klikləyin.
QHT Əməkdaşlıq Alyansı






"Els" Müstəqil Araşdırma Mərkəzi


ABŞ-ın "Arthur J.Finkelstein and Associates" şirkəti


DİGƏR XƏBƏRLƏR
-
İlham Əliyev Sərvər Bəşirli haqqında: Köhnə bir avtomobillə yorğan-döşək - əlində nə var idi onu gətirmişdi
-
Paşinyan Prezident İlham Əliyevə Cənubi Qafqazda sülhə töhfəsinə görə təşəkkür edib
-
XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını pisləyib
-
Azərbaycan TDT daxilində fəal mövqeyə malikdir - Kamaləddin Qafarov
-
Azərbaycan XİN Çilini təbrik etdi
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Birinci xanım Mehriban Əliyeva ilə Şamaxıya səfəri ilə bağlı görüntülər paylaşılıb - (Video)
XƏBƏR LENTİ
-
Bakıda parkda şüşə konstruksiyada yaranan çatlar təhlükəlidir? - (Video)
-
İki gəlin, iki bəy eyni məclisdə evləndi – (Video)
-
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
-
Rusiyada uşaqlara Burak adını verirlər
-
Əl ilə yazmaq yaddaşı gücləndirir
-
Toyuğun döşü, yoxsa budu daha faydalıdır?
-
Arıqlayaraq tanınmaz dərəcədə dəyişən məşhurlarımız – Kimə daha çox yaraşıb? - (Fotolar)
-
Bananı qətiyyən bunlarla birlikdə yeməyin
-
Suraxanıda çuxur böhranı: Sakinlər və sürücülər çıxılmaz vəziyyətdə - (Video)
-
“Heç nə dəyişməyib, insanlar hələ də məndən qorxurlar” - Şeron Stoun - (Foto)
-
Günün qoroskopu: Enerjinizlə bütün diqqəti üzərinizə çəkəcəksiniz
-
“NATO şişir və genişlənir” - Putindən xəbərdarlıq
-
Ermənistanda sabiq nazir məhkəmədən xərəkdə çıxarıldı - (Video)
-
İlham Əliyev Sərvər Bəşirli haqqında: Köhnə bir avtomobillə yorğan-döşək - əlində nə var idi onu gətirmişdi
-
Bakıda üç uşaq anası marketdə əri tərəfindən döyüldü - anbaan (Video) - Yenilənib
-
"2 gün ac qalırdım, amma heç kimə əyilmirdim" - Elgiz Əkbər
-
Azərbaycanda 160 manata torpaq sahəsi satılır
-
Bakıda səs-küy yayan daha bir restorandan şikayət - (Video)
-
Flora Kərimova: "Afət Fərmanqızı ilə barışmamışam"
-
Elvin uzun müddət sonra - (Video)
-
Alim Qasımov Üzeyirə : “Yazdığın mahnı çox xoşuma gəldi” - (Video)
-
"Bunker müəllimlər" və şişirdilmiş qiymətlər: Azərbaycanda repetitorluq böhranı nədən xəbər verir?
-
Evində uşaqlara dərs keçmək üçün şəraiti olanların diqqətinə!
-
Zidan Mbappe ilə bağlı qərarını açıqladı





