Qeyri-neft-qaz mallarının ixracı zamanı daşınma xərcləri üçün dövlət büdcəsi hesabına daşıma dəstəyi ödəniləcək
Prezident İlham Əliyev qeyri-neft-qaz mallarının ixracının stimullaşdırılması və daşıma xərclərinin dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında Fərman imzalayıb.
Milli.Az xəbər verir ki, Fərmanda bildirilir ki, qeyri-neft-qaz sektorunun inkişafı ölkənin iqtisadi dayanıqlılığının gücləndirilməsi, dünyada cərəyan edən mürəkkəb geosiyasi proseslərin, qlobal tədarük zəncirindəki qırılmaların və xarici bazarlardakı qeyri-sabitliyin milli iqtisadiyyata mənfi təsirlərinin minimallaşdırılması, habelə ölkənin strateji iqtisadi suverenliyinin təmin edilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.
Qeyri-neft-qaz sektorunun strukturunda qeydə alınan müsbət dinamikaya baxmayaraq, yerli malların xarici bazarlara, eləcə də Naxçıvan Muxtar Respublikasında istehsal olunmuş malların Azərbaycan Respublikasının digər ərazilərinə çıxış imkanları hələ də məhduddur.
Qeyri-neft-qaz sektorunun ixrac potensialının tam reallaşdırılmasına, habelə blokada şəraitində olması da nəzərə alınmaqla Naxçıvan Muxtar Respublikasında istehsal edilən malların ölkənin digər ərazilərinə daşınmasına mane olan ən mühüm səbəblərdən biri logistik xərclərin yüksəkliyidir. Xüsusilə, yerli qeyri-neft-qaz mallarının ənənəvi bazarlardan kənar yeni və alternativ xarici bazarlara yönəldilməsi zamanı yaranan yüksək nəqliyyat-daşıma xərcləri ixracatçıların rəqabət imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırır. Logistik zəncirin mürəkkəbliyi və uzaq məsafəli daşımaların malın maya dəyərindəki xüsusi çəkisinin yüksək olması ixracın mallar üzrə və coğrafi şaxələndirilməsinə maneə yaradan amillərdən biridir. Bu isə nəticə etibarilə qeyri-neft-qaz mallarının ümumi ixracdakı payının potensial imkanlardan aşağı qalmasına səbəb olur.
Fərmana əsasən, istehsal olunan qeyri-neft-qaz mallarının ixracının stimullaşdırılması və Naxçıvan Muxtar Respublikasında istehsal olunan qeyri-neft-qaz mallarının ölkənin digər ərazilərinə daşınmasının dəstəklənməsi məqsədilə Azərbaycan Respublikası mənşəli qeyri-neft-qaz mallarının ixracı zamanı onların daşınması üçün çəkilmiş xərclərə görə həmin malların növündən, gömrük dəyərindən, ixrac edildiyi ölkədən və nəqliyyat növündən asılı olaraq, dövlət büdcəsinin vəsaiti hesabına daşıma dəstəyi məbləği (bundan sonra - ixrac daşıma dəstəyi) ödəniləcək. Həmçinin Naxçıvan Muxtar Respublikasında istehsal olunan Azərbaycan Respublikası mənşəli qeyri-neft-qaz mallarının Azərbaycan Respublikasının digər ərazilərinə quru yolu ilə daşınması üçün çəkilmiş xərclərə görə dövlət büdcəsinin vəsaiti hesabına daşıma dəstəyi məbləği (bundan sonra - daxili daşıma dəstəyi) ödəniləcək.
Fərmanda qeyd olunur ki, ixrac daşıma dəstəyi məbləği ixrac olunan malın daşınması üçün çəkilmiş xərclərə görə nağdsız qaydada ödənilmiş məbləğin daşıma dəmir yolu, hava və dəniz nəqliyyatı vasitələri, habelə Azərbaycan Respublikasında qeydiyyata alınmış avtomobil nəqliyyatı vasitələri ilə həyata keçirildikdə - 70 (yetmiş) faizi, daşıma Azərbaycan Respublikasında qeydiyyata alınmamış avtomobil nəqliyyatı vasitələri ilə həyata keçirildikdə - 50 (əlli) faizi, istifadə olunan nəqliyyat növündən asılı olaraq, ixrac edilən malın gömrük dəyərinin daşıma avtomobil, dəmir yolu və hava nəqliyyatı vasitələri ilə həyata keçirildikdə - 15 (on beş) faizi, daşıma dəniz nəqliyyatı vasitələri ilə həyata keçirildikdə - 5 (beş) faizi əsasında hesablanır.
İxrac daşıma dəstəyinin yekun məbləğini bu Fərmanın 3.1.1-ci və 3.1.2-ci yarımbəndlərinə uyğun olaraq hesablanmış məbləğlərdən ən az olanı təşkil edir.
Daxili daşıma dəstəyinin məbləği Naxçıvan Muxtar Respublikasında istehsal olunan Azərbaycan Respublikası mənşəli qeyri-neft-qaz mallarının Azərbaycan Respublikasının digər ərazilərinə quru yolu ilə daşınması üçün çəkilmiş nəqliyyat xərclərinə görə nağdsız qaydada ödənilmiş məbləğin 70 (yetmiş) faizini təşkil edir.
İxrac və daxili daşıma dəstəklərinin məbləğləri rüb ərzində həyata keçirilən daşımalara görə müvafiq olaraq ixracatçının və satıcının (malgöndərənin) müraciəti əsasında həmin rüb bitdikdən sonra Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən ödənilir.
Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmanın 1-ci və 2-ci hissələrində nəzərdə tutulan dəstək növlərinin 2026-cı ildə ödənilməsinin maliyyələşdirilməsi ilə bağlı təkliflərini hazırlayıb üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir. Eyni zamanda, Nazirlər Kabineti 2027-2036-cı illərdə ödənilməsinin maliyyələşdirilməsi üçün zəruri vəsaitin həmin illərin dövlət büdcəsi layihələrində nəzərdə tutulmasını təmin etməli, üç ay müddətində ixrac və daxili daşıma dəstəyi məbləğlərinin ödənilməsi zamanı qeyri-neft-qaz mallarının Azərbaycan Respublikası mənşəli olmasının müəyyən edilməsi qaydası, ixrac və daxili daşıma dəstəklərinin şamil olunmadığı əməliyyatların və şəxslərin siyahısı, normativ hüquqi aktları təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.
İqtisadiyyat Nazirliyi üç ay müddətində Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırmaqla ixrac daşıma dəstəyinin ş amil olunacağı qeyri-neft-qaz mallarının və onların ixrac olunduğu ölkələrin (ölkə qruplarının) siyahısını, ixrac və daxili daşıma dəstəyi məbləğlərinin ödənilməsi ilə bağlı müraciət edilməsi və həmin müraciətlərə baxılması qaydasını, müxtəlif nəqliyyat növləri ilə (multimodal) daşımalar zamanı ixrac daşıma dəstəyi məbləğinin hesablanması qaydasını təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli, bu Fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.
Bu Fərmanın 1 - 3-cü hissələri 2026-cı il sentyabrın 1-dən qüvvəyə minir və 2036-cı il sentyabrın 30-dək həyata keçiriləcək ixrac və daxili daşımalara münasibətdə tətbiq olunmaqla 2036-cı il dekabrın 31-dək qüvvədədir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan və Slovakiya gənclər diplomatiyası vasitəsilə parlament əməkdaşlığını gücləndirir - Səfir - VİDEO
-
"Azərbaycan Biznesinin İnkişafı Fondu"na yeni səlahiyyət verilib
-
Qeyri-neft-qaz mallarının ixracı zamanı daşınma xərcləri üçün dövlət büdcəsi hesabına daşıma dəstəyi ödəniləcək
-
Ermənistan vətəndaşlarının məhkəməsində tərəflərin çıxışlarına başlanılıb - FOTO
-
Sloveniya Prezidenti Prezident İlham Əliyevə məktub göndərib
-
Milli Məclisin növbəti iclasının tarixi açıqlanıb - Gündəlikdə 10 məsələ var
XƏBƏR LENTİ
-
"Komedixana"nın aktyoru özünə yeni ev aldı
-
Millimiz San Marinoya uduzur - YENİLƏNİR
-
Serenay Sarıkayanın yeni layihəsi
-
“Brent” ucuzlaşdı
-
"Mənimlə bir dəfə şəkil çəkdirib, deyir ki, ustadımdır"
-
Azərbaycan və Slovakiya gənclər diplomatiyası vasitəsilə parlament əməkdaşlığını gücləndirir - Səfir - VİDEO
-
Tramp: İran ABŞ-nin helikopterini vurub
-
"Yeraltı"nın aktyoru Ərdoğan və xanımı ilə bir arada - FOTO
-
Şahbuza dolu yağıb
-
Filippində 7,8 bal gücündə zəlzələ: Ölənlərin sayı 41-ə çatıb - YENİLƏNİB - VİDEO
-
"Oğlumla gəlinim hər şeyi mənə deyir, evlərinin açarı da varımdır"
-
Bakının bu əraziləri qazsız qalacaq - YENİLƏNİB
-
"Azərbaycan Biznesinin İnkişafı Fondu"na yeni səlahiyyət verilib
-
Qeyri-neft-qaz mallarının ixracı zamanı daşınma xərcləri üçün dövlət büdcəsi hesabına daşıma dəstəyi ödəniləcək
-
Baş Qərargah rəisi: İsrail İrana ağır zərbə planlaşdırıb
-
İran millisinə qadağa
-
İsrail Livana hücum edib - 8 nəfər ölüb
-
Ermənistan vətəndaşlarının məhkəməsində tərəflərin çıxışlarına başlanılıb - FOTO
-
“Xaç atası”nın aktyoru vəfat etdi - FOTO
-
Azərbaycanda aeroport yolunda səmada qəribə görüntü
-
Paşinyan Gümrüdə növbədən-kənar seçkilərin keçirilməsini istəyir
-
"Sumqayıt"dan ayrıldı, tanınmış klubu çalışdıracaq - Rəsmi
-
14 illik həbsdən sonra yenə adam öldürmüşdü - Ömürlük aldı
-
Ermənistandan qaçmaq istəyən Çarukyan saxlanıldı - FOTO





