Siyasət

Ceyhun Bayramov türkmənistanlı həmkarına İranın dron hücumları barədə məlumat verib

7 Mart 2026 10:54
Baxış: 353

7 mart tarixində Türkmənistanın Nazirlər Kabinetinin sədr müavini, xarici işlər naziri Rəşid Meredov Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramova zəng vurub.

Azərbaycan Xarici İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, telefon danışığı zamanı Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası ərazisinə İran İslam Respublikası tərəfindən dron hücumlarından irəli gələn məsələlər müzakirə olunub.

Nazir Ceyhun Bayramov qarşı tərəfə dron hücumları barədə ətraflı məlumat verib.

Bildirib ki, Azərbaycan Respublikasının ərazisinə qarşı həyata keçirilmiş bu hücum beynəlxalq hüququn norma və prinsiplərinin pozulmasıdır və regionda gərginliyin artmasına xidmət edir. Hücum ilə bağlı İran tərəfindən qısa müddət ərzində izahat verilməsinin tələb olunduğu diqqətə çatdırılıb.

Türkmənistan naziri mövcud vəziyyətin narahatlıq doğurduğunu diqqətə çatdırıb.

Nazirlər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.