Fevralın 11-də Azərbaycanın Meksikadakı səfirliyinin təşkilatçılığı və Matías Romero İnstitutunun rəhbərliyi ilə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, deputat Səməd Seyidov tərəfindən "Cənubi Qafqazda yeni reallıqlar: Azərbaycanın sülh və regional rifaha aparan yolu" mövzusunda mühazirə keçirilib.
Milli.Az xəbər verir ki, tədbirdə Azərbaycanın müstəqillik yolu, ümummilli lider Heydər Əliyevin ölkənin müstəqilliyinin bərpası və inkişafındakı əvəzsiz xidmətləri, müasir Azərbaycanın inkişaf mərhələsi, 44 günlük Vətən müharibəsi, ölkənin sülh gündəliyi, bölgədə formalaşmış yeni geosiyasi reallıqlar və əməkdaşlıq perspektivləri iştirakçılarla paylaşılıb. Eyni zamanda, suallar cavablandırılıb və mühazirə interaktiv şəkildə baş tutub.
Milli.Az





