“Şəhərsalma və Memarlıq İli” problemlərin həlli üçün real imkan yaradır
"Azərbaycanda son illər dövlət proqramları çərçivəsində hər ilin müəyyən bir əsas ideya üzərində elan edilməsi artıq formalaşmış ənənəyə çevrilib. Bu yanaşma bir tərəfdən dövlət hakimiyyəti orqanlarının həmin istiqamətdə səfərbər olunmasını təmin edir, digər tərəfdən isə seçilən sahəyə həm maliyyələşmə, həm də ictimai maraq baxımından xüsusi diqqətin ayrılmasına şərait yaradır".
Bunu Milli.Az-a açıqlamasında deputat Zahid Oruc deyib.
Z.Oruc bildirib ki, 2026-cı ilin "Şəhərsalma və Memarlıq İli" elan olunması təsadüfi deyil. Onun sözlərinə görə, azad edilmiş ərazilərdə beynəlxalq əhəmiyyətli konfransların keçirilməsi və aparıcı xarici təşkilat nümayəndələrinin bu ərazilərə dəvət olunması Azərbaycanın yeni vətən quruculuğu modelinin dünyaya təqdimatı baxımından mühüm əhəmiyyət daşıyır.
Deputat söyləyib ki, Qarabağ və Şərqi Zəngəzurda tətbiq olunan müasir şəhərsalma konsepsiyaları, uğurlu memarlıq və planlaşdırma nümunələri, eləcə də Prezidentin bu sahə ilə bağlı çıxışları sözügedən qərarın əsas ideya xəttini təşkil edir:
"Gələn il məhz Qarabağda və azad olunmuş ərazilərdə salınan şəhər və kəndlərin inkişafı, on minlərlə məcburi köçkün ailəsinin doğma torpaqlarına qayıdışı üzərindən Azərbaycanın dövlət siyasətinin və milli mövqeyinin beynəlxalq aləmdə nümayişinə xidmət edəcək".
Eyni zamanda nəzərə çatdırıb ki, bu qərar Zəfərin beş illiyi və həmin dövrdə görülən genişmiqyaslı strateji işlərin miqyası ilə də sıx bağlıdır. Dünyanın aparıcı şirkətlərinin cəlb edilməsi və planlı şəkildə irimiqyaslı layihələrin həyata keçirilməsi baxımından 2026-cı ilin bu istiqamətdə elan olunması xüsusi önəm daşıyır.
Bununla yanaşı millət vəkilinin dediyinə görə, həm paytaxtda, həm də regionlarda şəhərsalma sahəsində müxtəlif dövrlərdən qalma uğurlu nümunələrlə yanaşı, ciddi problemlər də mövcuddur.
Bildirib ki, Sosial Tədqiqatlar Mərkəzinin 2040-2050-ci illəri əhatə edən Bakı şəhərinin Baş Planı üzrə apardığı araşdırmalar bunu açıq şəkildə ortaya qoyur. Bir sıra pilot layihələrdə əhali ilə anlaşılmazlıqlar, məhkəmə çəkişmələri, bəzi hallarda isə milli tikinti şirkətlərinə qarşı ictimai etimadın zədələnməsi halları müşahidə olunur.
"Əsas problemlərə binaların bir-birinə həddindən artıq yaxın tikilməsi, yaşıllıq siyasətində mövcud çatışmazlıqlar, ağıllı sistemlərin və qənaət rejimlərinin yetərincə tətbiq olunmaması, alternativ enerji mənbələrindən, xüsusilə "yaşıl şəhər" modelindən istifadənin zəifliyi, tikinti bumuna baxmayaraq, orta statistik müəllim, həkim və müharibə iştirakçıları üçün mənzil qiymətlərinin əlçatmaz qalması aiddir".
Qeyd edib ki, ipoteka siyasəti bu sahədə müəyyən rol oynasa da, yəni bu məqsədlə təxminən 3 milyard manat vəsait ayrılsa da problemlər hələ də tam həllini tapmayıb.
Əlavə edib ki, xüsusilə paytaxtda milli ornamentlərə və Şərq memarlıq üslubuna qayıdışın vacibliyi vurğulanır. Ümummilli lider Heydər Əliyevin dövründə salınan qəsəbələrdə heykəltəraşlıq, parklar və yaşıllıq şəhərsalma siyasətinin ayrılmaz tərkib hissəsi idi.
Məcburi köçkünlük və işğal dövründə Bakıda bir sıra sistemsiz və qanunsuz tikililərin meydana çıxdığını deyən Z.Oruc diqqətə çatdırıb ki, yüksək gərginlikli xətlərin mühafizə zonalarında, yol kənarlarında, eləcə də neft-qaz sahələrində salınmış yaşayış məntəqələri bu gün də ciddi problem olaraq qalır. Bu tikililərin hüquqi müstəvidə rəsmiləşdirilməsi olduqca mürəkkəb prosesdir. Dövlət Əmlak Xidmətinə müraciətlər göstərir ki, bir tərəfdən müasir binalarla fəxr etdiyimiz halda, digər tərəfdən hələ də heç bir standarta cavab verməyən, sənədsiz evlər mövcuddur:
"Prezident tərəfindən "Şəhərsalma və Memarlıq İli" ideyasının irəli sürülməsi bu problemlərin həlli üçün mühüm imkan yaradır. 2026-cı ildə hökumət, aidiyyəti nazirliklər, Bakı Şəhər İcra Hakimiyyəti, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, eləcə də Milli Məclis bu siyasətin icrasında ön sıralarda yer almalıdır. Ölkə üzrə qanunçuluğun təmin edilməsi, hər bir vətəndaşın mülkiyyət hüququnun rəsmiləşdirilməsi həm dövlət büdcəsinə milyardlarla manat vəsaitin daxil olmasına, həm də vətəndaşların yaşadıqları ərazilərə sərmayə yatırmasına şərait yaradacaq.
2026-cı ilin bu istiqamətdə elan olunması sadəcə simvolik qərar deyil, eyni zamanda müvafiq qurumlar qarşısında qoyulan konkret vəzifələr və icra olunmalı fəaliyyət planı deməkdir".
Mina Mikayılova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyevin sosial media hesablarında Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb
-
Keçmiş repçi, indiki baş nazir: BMT-də görünüşü ilə müzakirə yaratdı - (Foto)
-
Müctəba Xamenei xəstəxananın dağıntıları altından xilas edilibmiş - İddia
-
ABŞ-dən qayıdan Pezeşkiandan ilk açıqlama
-
Ordumuz Azərbaycanın hərb tarixinin ən şərəfli səhifəsini yaratdı - Kamaləddin Qafarov
-
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olub - (Foto)
XƏBƏR LENTİ
-
Sabah 31 dərəcə isti olacaq
-
Əraqçi: Hörmüz boğazının açılması bu şərtlərin yerinə yetirilməsindən asılıdır
-
Maşın təmiri sexində divara vurulan elanlar gülüş doğurdu - (Video)
-
Prezident İlham Əliyevin sosial media hesablarında Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb
-
Azərbaycanda pensiya yaşı ilə bağlı yeni qayda
-
Keçmiş repçi, indiki baş nazir: BMT-də görünüşü ilə müzakirə yaratdı - (Foto)
-
Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla anıldı - Yenilənib - (Foto-Video)
-
"Qalatasaray"ın keçmiş futbolçusu 33 yaşında karyerasını bitirdi
-
Müctəba Xamenei xəstəxananın dağıntıları altından xilas edilibmiş - İddia
-
Azərbaycanda zəlzələ oldu
-
Əcdadlarımız belə olub - Alimlər təsvir etdilər
-
Türkiyə XİN: Qarabağ uğrunda şəhid olan azərbaycanlıları hörmət və rəhmətlə anırıq
-
Arda Gülər su istədi, görün, azarkeşlər nə etdilər - (Video)
-
27 Sentyabr – Anım Günü ilə əlaqədar Zəfər Parkına ziyarət başlayıb (Foto)
-
ABŞ-dən qayıdan Pezeşkiandan ilk açıqlama
-
Ordumuz Azərbaycanın hərb tarixinin ən şərəfli səhifəsini yaratdı - Kamaləddin Qafarov
-
3 BÜRCƏ payızda çoxlu pul gələcək
-
Mbappe ilə bağlı pis xəbər
-
Bakı-Sumqayıt yolunda daha bir dəhşəti qəza: "Chevrolet" "KamAZ"a çırpıldı: Ölü və yaralılar var - (Foto)
-
Namiq Qaraçuxurlu 27 il əvvəl - (Video)
-
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olub - (Foto)
-
Bakının bu ərazisində bulvar salınır (Video)
-
41 yaşlı Modriç yenə tarix yazdı
-
Rusiyada bu hava limanı bağlandı





