Siyasət

Azərbaycanda qablaşdırılan dərmanlar 5 il yerli mal hesab olunacaq - FƏRMAN

22 İyul 2025 16:13
Baxış: 393

İstehsal prosesinin qablaşdırma mərhələsi Azərbaycan Respublikasının ərazisində həyata keçirilən dərman vasitələri və dərman maddələri 2025-ci il iyunun 1-dən 5 il müddətinə yerli mal hesab ediləcək.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyevin fərmanı ilə " "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 988-VIQ nömrəli Qanununun tətbiqi barədə" fərmana edilən dəyişiklikdə əksini tapıb.

Fərmana əsasən, istehsal prosesinin qablaşdırma mərhələsi Azərbaycan Respublikasının ərazisində həyata keçirilən dərman vasitələri və dərman maddələri 2025-ci il iyunun 1-dən 5 il müddətinə "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq satınalma güzəştinin tətbiqi məqsədilə yerli mal hesab ediləcək.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.