“O gənclərin həyatını qaraldan sizsiniz”
Prezident Rəcəb Tayyib Ərdoğan partiyasının TBMM-də keçirilən iclasında CHP rəhbərliyini sərt tənqid edərək onların çağırışlarının xalq tərəfindən rədd edildiyini bildirib.
Milli.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Ərdoğan deyib ki, xalq öz dövlətinə və millətinə qarşı çıxan, səriştəsiz və iddialı şəxslərin boykot çağırışlarına məhəl qoymadı. Onun sözlərinə görə, boykot çağırışları edənlər əksinə, xalqdan boykot gördülər. "Ssenarini yazan da, mafiyaya oxşar nizam quran da, şikayət edən də, prokurorların qapısında növbəyə duran da onlardır, amma sonda hər şeydən qurtulan da yenə onlardır," - deyə Ərdoğan bildirib. O əlavə edib ki, CHP-nin daxili qarşıdurmaları xalqı maraqlandırmır və yaşananların səbəbi partiya rəhbərliyinin təkəbbürü və öz aralarındakı hakimiyyət savaşlarıdır.
Ərdoğan bildirib ki, gəncləri polisə qarşı çıxaran və onların həyatı ilə oynayan da CHP-dir. Onun fikrincə partiya bu gənclərin qanı üzərindən siyasi qazanc əldə etməyə çalışıb: "Bu ölkənin gənclərini qurban verdiniz, sonra isə başqalarını günahlandırdınız. Həm onların adını istismar etdiniz, həm də öz məqsədləriniz üçün istifadə etdiniz. Buna daha imkan verməyəcəyik", - Ərdoğan deyib.
O, CHP-nin çağırışlarının ictimaiyyət tərəfindən rədd edildiyini, partiyanın dəstək gözlədiyi xarici dairələrin də artıq onlardan uzaqlaşdığını qeyd edib. Ərdoğan çıxışının davamında CHP-ni "çevriliş ruhlu" partiya adlandırıb və keçmiş rəhbərləri İsmet İnönünü tənqid edərək onun və partiyanın tarixi boyunca həm korrupsiya, həm də hərbi çevrilişlərlə anıldığını bildirib. "CHP təkcə korrupsiyanın deyil, çevrilişin də kitabını yazıb," - deyə o vurğulayıb.
İslam
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan Meksikanın ərazi bütövlüyümüzə qətiyyətli dəstəyini yüksək qiymətləndirir - Hikmət Hacıyev
-
Meksika Azərbaycanla investisiya və ticarət əlaqələrini genişləndirmək istəyir – Səfir
-
ABŞ səfirliyi terrorizmlə mübarizəyə verdiyi töhfəyə görə Azərbaycana təşəkkür edib
-
İzləmə və kiberhücumlar daha əlçatan olur: süni intellekt hansı rolu oynayır ?- Anthropic hesabatının TƏHLİLİ
-
Azərbaycan üçün Ermənistanla münaqişə başa çatıb - Hikmət Hacıyev
-
Qarabağ və Şərqi Zəngəzur əsl intibah dövrünü yaşayır - Hikmət Hacıyev
XƏBƏR LENTİ
-
Çilidə qocalar evində yanğın: Ölənlər var
-
Azərbaycan futbolunda yayın ən bahalı transferləri
-
İranın Türkiyə və İraqa uçuşlarında problem olması təkzib edilib
-
Zelenski G20 sammitində Putinlə görüşməyə hazır olduğunu deyib
-
Şirvanda mağazadan oğurluq edildi
-
Ayın 13-də 33 dərəcə isti olacaq - Proqnoz
-
Hər evdə var, amma bu təsirini çoxları bilmir
-
"Qalatasaray" üç futbolçusu ilə yollarını ayıracaq
-
Hikmət Hacıyev diplomatik korpusun nümayəndələri ilə birlikdə alban kilsələrini ziyarət edib
-
Gecə yatarkən bunu etməyin - Ürəyiniz üçün təhlükəli ola bilər
-
İraq İranla iki sərhəd-keçid məntəqəsini bağlayıb
-
Azərbaycan nefti bahalaşıb
-
34 kiloqrama yaxın narkotik vasitə aşkarlandı
-
Ötmə qaydasının pozulması sərnişinin həyatına son qoydu - (Video)
-
250 mindən çox ailəyə sosial müavinət verilə bilər - Yeni təklif
-
Nepalda daşqın nəticəsində ölənlərin sayı 1386 nəfərə çatdı
-
Bolqarıstanda sursat anbarlarında yanğın və partlayış oldu
-
Trampın şəxsi təyyarəsinin görüntüləri yayıldı - (Video)
-
Ələt Avrasiyanın xəritəsini dəyişir: Azərbaycan qlobal logistikanın mərkəzinə çevrilir
-
Azərbaycanda son sutkada 114 axtarışda olan şəxs saxlanılıb
-
Xarici diplomatların Qarabağ və Şərqi Zəngəzura səfərinin ikinci günü başlayıb
-
45 yaşlı azərbaycanlı dron hücumunda həlak oldu - (Foto)
-
Misli Premyer Liqasında bu gün iki oyun keçiriləcək
-
Tramp Avropa liderləri ilə görüşəcək





