Siyasət

Azərbaycan və İran parlamentlərarası əlaqələri müzakirə etdi - FOTO

3 Mart 2025 06:25
Baxış: 617

Azərbaycanın İrandakı səfiri Əli Əlizadə və İran-Azərbaycan parlamentlərarası dostluq qrupunun başçısı Südeyf Bədri ikitərəfli əlaqələri müzakirə ediblər.

Milli.Az xəbər verir ki, bu barədə Azərbaycanın Tehrandakı diplomatik missiyasının sosial şəbəkə hesabında məlumat yayılıb.

"Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfiri Əli Əlizadə İran-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Südeyf Bədri və qrupun üzvləri ilə görüşüb, ikitərəfli əlaqələrə və dostluq qrupları arasında qarşılıqlı faydalı əməkdaşlığın daha da artırılmasına dair fikir mübadiləsi aparıb", - səfirliyin mətbuat xidməti qeyd edib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.