Siyasət

Zelenski cümə günü Ağ evə gələcək, böyük razılaşma olacaq - Tramp

27 Fevral 2025 13:40
Baxış: 782

Donald Tramp cümə günü Volodimir Zelenskinin Ağ Evə gələrək nadir yeraltı minerallarla bağlı müqavilə imzalayacağını elan edib, lakin ABŞ bu razılaşma çərçivəsində Ukraynaya ciddi təhlükəsizlik təminatları verməyəcək.

Milli.Az bu barədə "The Guardian" nəşrinə istinada xəbər verir.

Tramp kabinet iclasında Zelenskinin cümə günü Vaşinqtona gəlib müqaviləni imzalayacağını təsdiqləyərək, bunu "böyük razılaşma" adlandırıb.

Razılaşma günlərlə davam edən gərgin danışıqlardan sonra əldə olunub, bu müddətdə Zelenski ABŞ-dən Ukraynanın təhlükəsizliyini təmin etməyi tələb edib. Müqavilənin detalları hələ tam aydın deyil. Razılaşmaya əsasən, ABŞ və Ukrayna arasında yeraltı sərvətlər və digər qiymətli mineralların hasilatından, həmçinin bəzi neft və qaz gəlirlərindən maliyyələşən birgə fond yaradılacaq.

Trampın sözlərinə görə bu müqavilə ABŞ-nin Kiyevə hərbi yardım üçün xərclədiyi yüz milyardlarla dolları geri qaytarmasına imkan yaradacaq.

Qeyd edək ki, Zelenski Münhen Təhlükəsizlik Konfransında ABŞ-nin təzyiqinə müqavimət göstərərək müqavilənin ilkin variantını imzalamaqdan imtina edib. Zelenski bazar günü keçirdiyi mətbuat konfransında "Mən on nəsil ukraynalının ödəməyə məcbur olacağı sənədə imza atmayacağam," deyə bildirib.

İslam
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.