Rusiya niyə diqqət yayındırır?
Azərbaycanın sərnişin təyyarəsi Rusiya səmasında vurulduqdan sonra rəsmi Bakı etik davranaraq vəziyyəti eskalasiya etməməyə çalışıb. Azərbaycan Prezidenti bu məsələ ilə bağlı mediaya müsahibə verərək ədalətli istintaqın aparılmasının, günahkarların cəzalandırılmasının və zərərçəkənlərə kompensasiya ödənilməsinin vacibliyini vurğulayıb. Lakin Rusiya tərəfi məsələni obyektiv araşdırmaq əvəzinə, məsuliyyəti yayındırmağa və Azərbaycanı günahkar çıxarmağa çalışır.
Hazırda pilot danışıqlarının yayılması kimi manevrlərlə diqqət əsas məsələdən yayındırılır. Təyyarənin idarəetməni itirməsindən sonra hansı hava limanına enmə qərarının qəbul edilməsindən çox, onun vurulması faktı araşdırılmalıdır. Təyyarənin korpusunda və sərnişinlərin bədənində hava müdafiə sisteminin qəlpələrinin aşkar edilməsi ilə bağlı suallar cavabsız qaldığı halda, diqqəti başqa istiqamətə yönləndirmək cəhdləri davam edir.
Azərbaycan tərəfi etik məsələlərə hər zaman önəm verib, nə medianın, nə ekspertlərin, nə də sosial media istifadəçilərinin həddi aşan ritorikadan istifadə etdiyi müşahidə olunub. Buna baxmayaraq, Rusiyadan gələn təhqir və ucuz propaqanda kampaniyaları Azərbaycan ictimaiyyətində ciddi narazılıq doğurur. Bu davranışlar nə Azərbaycan ictimaiyyətində, nə də beynəlxalq səviyyədə qəbul edilə bilər.
Son dövrlər Rusiyanın bəzi media qurumlarının və ictimai fiqurlarının Azərbaycana və xalqımıza qarşı təhqiredici ritorika sərgiləməsinin şahidi oluruq. Ukrayna ilə müharibə kontekstində Rusiyada bu cür davranışların təsadüfi olmadığı, əksinə, hakimiyyət dairələrinin nəzarətində baş verdiyi şübhə doğurmur. Əgər belə olmasaydı, bu kimi çıxışlara qarşı dərhal ölçü götürülərdi. Lakin reallıq belə deyil.
Son dövrlərdə Federal Təhlükəsizlik Xidməti (FTX) tərəfindən idarə edildiyi ehtimal olunan bu kampaniyada, müxtəlif vasitələrlə Azərbaycan hədəf alınır. Bəzən neonasistlərin dili ilə hədələr səsləndirilir, bəzən isə "Komsomolskaya Pravda" kimi platformalarda uydurma və sifarişli məqalələr yayımlanır. Bu addımlar yalnız gülünc vəziyyət yaradır və Rusiyanın azsaylı dostlarını da itirməkdə maraqlı olduğunu göstərir.
Bu təhqir kampaniyası Azərbaycan-Rusiya münasibətlərində qarşılıqlı etimadı ciddi şəkildə zədələyir. Rusiyanın bir tərəfdən özünü beynəlxalq hüququn müdafiəçisi kimi təqdim etməsi, digər tərəfdən isə qonşu dövlətə qarşı belə ritorika sərgiləməsi böyük təzad təşkil edir.
Azərbaycan cəmiyyətində belə yanaşmanın səbəbləri və məqsədləri barədə müxtəlif fikirlər mövcuddur. Bəzi ekspertlər bunun məqsədli şəkildə regional gərginliyi artırmaq üçün həyata keçirildiyini vurğulayır. Digərləri isə bunu Rusiya daxilində ictimai rəyi manipulyasiya etməyə yönəlmiş bir addım kimi qiymətləndirir.
Azərbaycan xalqı və ictimaiyyəti Rusiyanın məsuliyyətli davranış sərgiləyəcəyinə, ədalətli istintaq apararaq cinayətkarları cəzalandıracağına və zərərçəkənlərə kompensasiya ödənəcəyinə ümid edir. Bu, yalnız iki dövlət arasındakı dostluq münasibətlərinin qorunması üçün deyil, həm də beynəlxalq hüquq və ədalət prinsiplərinə uyğunluq baxımından vacibdir.
İslam
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev: Biz xalqımızın bu qədər əzabına bais olmuş barbarların və uşaq qatillərinin səviyyəsinə enmədik - (Video)
-
Pakistan və Türkiyə nümunəsi - Təmənnasız və təmənnalı qardaşlıq
-
Prezident bu şəxsləri təltif etdi - Sərəncam
-
Azərbaycanın son 1 ildə Ermənistana satdığı məhsullar - Siyahı
-
Almaniyada İran agentlərinin ifşası: Azərbaycan himni altında növbəti təxribat - (Video)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
XƏBƏR LENTİ
-
“Çox nahaq yerə özün üçün yaşayırsan” - Nadir Qafarzadə
-
Dünyanın ən çox qazanan 10 futbolçusu
-
Dueyn Conson 22 kilo arıqladı - (Foto)
-
Qışda nə bişirək? – Hər evdə olan ərzaqlarla 6 resept
-
Mehmet Ali Erbil hönkür-hönkür ağladı - "Bunu uşaqlığıma bağışlayın"
-
Sürücülərin bilməli olduğu 10 hiylə: Xərciniz azalacaq
-
Yaşayış binasına daha iki mərtəbə əlavə olunur - Sakinlər narahatdırlar - (Video)
-
Şimali Koreya iddialarla çalxanır: Kim Çen Inın bacısı hakimiyyətə gəlir?
-
Bakıda dərs saatları dəyişdirilə bilər? – Ekspert rəyi
-
Parisdə komendant saatı elan olundu
-
Paltaryuyana 2 ədəd atın - elektrik xərcləri 2 dəfə azalır
-
Günün qoroskopu: Həyatınızda ani və müsbət bir dəyişiklik gözlənilir
-
Zəngilan şəhərinin işğaldan azad edilməsindən 6 il ötür
-
Bu gün iki zəlzələ qeydə alınıb - Güclü təkanlar gözlənilir? - (Video)
-
Peruda sərnişin təyyarəsi havaya qalxarkən alovlandı - (Video)
-
Kim Çen Inın öldüyü xəbəri yayılıb
-
Toral oynadı, komandası qalib gəldi
-
Ronaldu cərimə ödəyəcək
-
Leyla Əliyeva Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konsertini izləyib - (Foto)
-
Tək qolu ilə tikintiyə aid hər işi bacarır - (Video)
-
Leyla Əliyeva Arkadağ şəhərində əfsanəvi "Galkynyş" milli atüstü oyunlar qrupunun çıxışını izləyib - (Foto)
-
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub - (Foto)
-
Çempionlar Liqasında asan oyun olmur” - Valdas Dambrauskas
-
Leyla Əliyeva Arkadağ şəhərində Oğulcahan Atabayeva ilə görüşüb - (Foto)





