Siyasət

"Azərbaycana təşəkkür edirəm ki, bizi müxtəlif formatlarda dəstəkləyir" - Boçorişvili

16 Yanvar 2025 18:25
Baxış: 411

Azərbaycan və Gürcüstan hər zaman regionda sülhün və sabitliyin tərəfdarı olub.

Milli.Az xəbər verir ki, bu barədə bu gün Gürcüstan xarici işlər naziri Maka Boçorişvili Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə birgə Bakıda keçirilən mətbuat konfransında çıxışı zamanı deyib.

Nazir qeyd edib ki, sülh və sabitlik regionun iqtisadi potensialına töhfə verəcək.

"Azərbaycan və Gürcüstan intensiv əməkdaşlığı və qonşuluq münasibətlərini davam etdirəcək. Azərbaycana təşəkkür edirəm ki, bizi müxtəlif formatlarda dəstəkləyir.

İki ölkə arasında münasibətlərin dərinləşməsi üçün müxtəlif layihələr həyata keçirilir. Bunun davamlı olması üçün çalışırıq",- deyə o əlavə edib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.