Valentina Antonenko İlham Əliyevi təbrik edib
Ukraynanın İrpen şəhərindəki Zərifə Əliyeva adına humanitar "Linqvist" liseyinin direktoru, Ukraynanın Əməkdar müəllimi, Azərbaycanın "Dostluq" ordeni laureatı Valentina Antonenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Milli.Az xəbər verir ki, məktubda deyilir:
"Möhtərəm cənab Prezident.
İcazə verin, Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edim. Sizə cansağlığı, xoşbəxtlik, firavanlıq, hədsiz sevinc, bütün planlarınızın həyata keçməsini, ən əsası, Uca Allahın xeyir-duasını arzulayıram.
Mən Sizi təbrik etməkdən çox məmnunam. Çünki Sizi özümə çox əziz, böyük qəlbi olan və mehriban bir insan hesab edirəm. Ömrümün sonuna qədər Ulu Tanrıya Sizi hifz etməsi üçün dua edəcəyəm.
Çünki Siz həyatınızda xüsusi bir missiyanı - şanlı valideynləriniz
Heydər Əliyevin və Zərifə xanım Əliyevanın işlərini davam etdirərək zəmanəmizin böyük siyasi xadiminin, müdrik dövlət rəhbərinin missiyasını yerinə yetirirsiniz.
Zati-aliləri, qoy, bu gözəl gündə Günəş üzünüzə gülsün, ailənizin və dostlarınızın səmimi təbriklərindən və arzularından qəlbiniz şad olsun! Bu gündə ən ümdə arzularınızın gerçəkləşməsini diləyirəm.
Möhtərəm cənab Prezident.
Ölkənizə - mənə çox əziz olan Azərbaycana tərəqqi və sülh, xalqınıza firavanlıq arzulayıram".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Qardaşlıq qalib gəldi, amma izlər qaldı
-
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə zəng edib
-
Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-də tətbiq etdi
-
Azərbaycan və Qırğızıstan arasında müttəfiqlik müqaviləsi təsdiqlənib
-
Sülh prosesində Ermənistanın imitasiya taktikası: Bakının dəyişməz mövqeyi və reallıqlar
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Səmərqənddə Zimbabvenin birinci xanımı ilə görüşüb
XƏBƏR LENTİ
-
Səudiyyə Ərəbistanında hava limanına dron hücumu - Ölən və yaralananlar var
-
Paşinyanla Kobaxidze sammit üçün Brüsselə gedir
-
Qubada kişinin meyiti həyətdə tapıldı
-
Çinli müğənni konsertdə səhnədən yıxıldı (Video)
-
İsti havada kondisioneri qoşmaq qərarını sürücü verə bilməz – “BakuBus”
-
Neftin qiyməti kəskin bahalaşdı
-
Pendirdən daha çox kalsium ehtiva edir - sümükləri betona döndərir
-
Çox yaşamaq istəyirsinizsə it saxlayın
-
"Atam məni qəbul etmədi, öləndə də danışmadı" - Nurəddin Mehdixanlı
-
Kondisionerdən soyuqdəymə mifdir, yoxsa reallıq?
-
Makaronun sirri unda yox, formasındadır - Ən faydalı növü bəlli oldu
-
Dibçəyə 1 stəkan əlavə edin - solğun gülləri canlandırır
-
Ağcaqanadlara qarşı lazer silahı: Bir gecədə evdəki bütün həşəratları yox etdi
-
Dueyn Conson tanınmaz halda - (Foto)
-
"Real" və "İnter"dən qələbə, Münhendə qalib aşkarlanmadı
-
İşdən çıxarılanlara sığorta ödənişi - (Video)
-
Telefonları folqaya bükməyə başladılar
-
Almaniyada hərbi sorğuya cavab verməyənlər 250 avro cəzalandırılacaq
-
“Kızılcık şerbeti” izləyicilərinə pis xəbər
-
Roma Papasının səhhəti ilə bağlı yekun diaqnoz açıqlandı
-
Müharibənin həlli heç vaxt olmadığı qədər yaxındır - Tramp
-
Günün qoroskopu: Bu gün tənqidlərlə üzləşməli olacaqsınız
-
Ərdoğanın geyimində diqqətçəkən məqam - (Foto)
-
Bakıda yarım milyonluq maşın satışa çıxarıldı





