İsrail-Türkiyə qarşıdurması Bakıya necə təsir edir?
İsrail prezidenti İsaak Hersoq Azərbaycanda təşkil olunan beynəlxalq tədbirdə iştirak edə bilməyib. Buna səbəb Türkiyənin İsaak Hersoqa hava məkanından keçməyə imkan verməməsi olub. Braziliyada keçirilən G-20 sammiti çərçivəsində baş tutan mətbuat konfransı zamanı açıqlama verən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu məsələ barədə danışıb: "İsrail prezidenti İsaak Hersoqun Bakıda keçirilən iqlim sammitinə getmək üçün Türkiyənin hava məkanından istifadə etməsinə icazə vermədik. Bakıya başqa yollarla gedə bilərlər. Amma biz onun Türkiyədən keçməsinə icazə vermədik. Artıq, Türkiyə olaraq, bəzi şeylərdə öz münasibətimizi ortaya qoymağa məcburuq və bunu edəcəyik", - Ərdoğan bildirib.
Politoloq Elxan Şahinoğlu düşünür ki, İsrail və Türkiyə arasındakı qarşıdurma nə qədər tez bitərsə Azərbaycan üçün bir o qədər faydalı olar.
"Türkiyənin hava sahəsi İsrail təyyarələrinə bağlı olduğunua görə bu ölkənin prezidenti Bakıda keçirilən COP29 tədbirində iştirak edə bilmədi. Halbuki, İsrail tərəfi Türkiyə hava məkanının onlar üçün bağlı olduğunu əvvəlcədən bildiyinə görə, bu ölkənin rəhbəri daha uzun məsafə olsa da, fərqli ölkələrin hava sahəsindən istifadə edərək Bakıdakı tədbirə qatıla bilərdi. Bütün hallarda son olay Türkiyə-İsrail münasibətlərindəki gərginliyin Azərbaycana da təsir etdiyini göstərdi. Bu arada, İsrail-Türkiyə informasiya müharibəsinin son nümunəsi də diqqəti çəkib. Xəbər yayılıb ki, fikir ayrılığına görə "Həmas" təşkilatının siyasi rəhbərliyi Qətər paytaxtı Dohadakı qərargahını tərk etmək məcburiyyətində qalıb. İsrail mediası dərhal xəbər yayıb ki, "Həmas" ofisini Türkiyəyə köçürüb. Bu xəbər ətrafında geniş müzakirələr başlayarkən, Türkiyə Xarici İşlər Nazirliyi yayılan xəbərin həqiqətə uyğun olmadığını açıqlayıb. Beləliklə, iki ölkə arasında qarşıdurma səngimək bilmir. Bu qarşıdurma nə qədər tez bitərsə Azərbaycan üçün bir o qədər faydalı olar.
Siyasi şərhçi Asif Nərimanlının fikrinə görə Bakı-Ankara xəttində soyuqluğun görünən, yaxud təqdim edilən səviyyədə olduğu ehtimalı azdır.
"Türkiyənin COP29-da iştirak üçün Azərbaycana gəlmək istəyən İsrail prezidenti İsaak Hersoqa hava məkanından keçməyə imkan verməməsi Bakı-Ankara arasında müəyyən problemlərin yarandığı fikrini ön plana çıxarıb. İki məqam bu fikri daha da gücləndirdi: Azərbaycan mediasında İsrail prezidentinin gəlişinə Türkiyənin imkan verilməməsi haqda yayılan informasiyalar; Ərdoğanın "Biz artıq, Türkiyə olaraq, bəzi şeylərdə öz münasibətimizi ortaya qoymağa məcburuq və bunu edəcəyik" açıqlaması; Hərçənd, Bakı-Ankara xəttində soyuqluğun görünən, yaxud təqdim edilən səviyyədə olduğu ehtimalı azdır. Ərdoğanın COP29 tədbirinə qatılması və ən yüksək səviyyədə görüşlərin keçirilməsi də bunun əyani nümunəsi idi. İsrail prezidenti ətrafında baş verənlərə isə fərqli kontekstdə baxmaq mümkündür.
Politoloq düşünür ki, İsrail prezidenti Bakıya alternativ marşrut üzərindən də uça bilərdi, lakin bunu etmək əvəzinə, "təhlükəsizlik probleminin olması" əsasını irəli sürüb: "Bu iddia COP29-un keçirildiyi Azərbaycanın təhlükəsizlik imici üçün ciddi zərbə ola bilərdi və bu vəziyyətdə gerçəyin - Türkiyənin imkan verməməsi faktının açıqlaması çıxış yolu olaraq seçildi. Belə bir məlumat ilk baxışda Türkiyəyə qarşı görünə bilər, lakin gerçəkdə Ankaranın "əlinə oynadığı" amili da diqqətdən qaçmamalıdır.
Qəzza müharibəsindən sonra Fələstin məsələsi Türkiyə daxili siyasətində əsas faktorlardan birinə çevrilib, xüsusilə İsraillə iqtisadi əlaqələr müxalifət tərəfindən dini elektoratın AKP-dən uzaqlaşdırılması cəhdlərində istifadə edilir. Ərdoğanın Fələstin məsələsi üzərində xüsusilə fokuslanmasının səbəblərindən biri də budur. Və İsrail prezidenti üçün hava məkanının bağlamaqla mövqeyini bir daha ortaya qoydu. İstisna deyil ki, İsrail tərəfindən "təhlükəsizlik amili" haqda verilən açıqlamadan sonra Bakı və Ankara gerçək səbəbin açıqlanması üzərində razılaşıb. Beləliklə, Rəsmi Bakı ölkədə "təhlükəsizlik problemi"nin olmadığını ispat etdi, Rəsmi Ankara - Ərdoğan Fələstin məsələsində "dəyişməyən mövqeyini" nümayiş etdirdi. Bu məqam baş verənlərdə diplomatik manevr kimi görünür.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub. COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir - Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub. Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutub.
İslam
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan XİN Çilini təbrik etdi
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Birinci xanım Mehriban Əliyeva ilə Şamaxıya səfəri ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
TDT-də yeni strategiya: Təhlükəsizlikdən enerji dəhlizlərinə qədər vahid güc mərkəzi
-
Dövlətin ən həssas sərhədi xəritədə deyil
-
Prezident İlham Əliyev: BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq
-
Prezident İlham Əliyev: Birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə daha böyük rol oynasın
XƏBƏR LENTİ
-
Azərbaycanın ilk sərhədçi generalı vəfat etdi
-
Həftəsonu hava dəyişəcək: Leysan yağacaq, dolu düşəcək - Proqnoz
-
Pensiyalar 10 faiz artdı
-
Azərbaycan millisinin heyəti açıqlandı - 30 futbolçu
-
Milli Musiqi Günü münasibətilə vağzalda fləşmob keçirildi - (Video)
-
Məşhur müğənni 15 ildən sonra Suriyada konsert verdi
-
Hörmüz boğazında tankerə hücum edildi
-
Afra Saraçoğlu da saxlanıldı
-
Ermənistanın keçmiş Baş nazirinin qardaşı saxlanıldı
-
Formula-1 ilə əlaqədar Bakıda bu yollar bağlanacaq - Tarixlər
-
"Arda Güler “Barselona”ya gedəcəkdi, o açıqlamadan sonra qərarını dəyişdi"
-
Ölkədə ətin qiyməti bahalaşacaq?
-
Kadırovun 18 yaşlı oğlu çıxışı ilə gündəm oldu - (Video)
-
Oğurluq edən "Cennifer Lopez" saxlanıldı
-
Saxlanılan şəxslər Azərbaycanda dini xadimlərə qarşı sui-qəsd hazırlayıblar - DTX - (Video)
-
Tahir Gözələ yeni vəzif verildi - Bank sədri oldu
-
Hərbi xidmət keçmədən “yararlı” hərbi bilet almaq mümkündürmü?
-
Türkiyədə 17 yaşlı qızlarını zəncirləyən valideynlər tutuldu: “Qızını döyməyən dizini döyər” - (Video)
-
Rusiya ordusunun 1668 günlük müharibədə itkiləri açıqlandı
-
Tbilisidə 55 uşaq və bir əməkdaş zəhərləndi
-
DTX terror təşkilatlarının kriptovalyuta üzərindən maliyyələşdirilməsini aşkarlayıb
-
Conidən evli olması xəbərinə reaksiya
-
Bakıda 13 yaşlı qız hamilə qaldı, 18 yaşlı oğlan həbs edildi
-
ABŞ qırıcısı qəzaya uğradı





