İlham Əliyev Efiopiya Prezidenti ilə görüşüb - VİDEO - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 14-də Efiopiya Federativ Demokratik Respublikasının Prezidenti Taye Atske Sellasiye ilə görüşüb.
Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Taye Atske Sellasiye Efiopiya Federativ Demokratik Respublikasının Baş naziri Abiy Əhməd Əlinin salamlarını dövlətimizin başçısına çatdırdı.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Efiopiyanın Baş nazirinə çatdırmağı xahiş etdi.
COP29-a dəvətə görə dövlətimizin başçısına minnətdarlığını bildirən Taye Atske Sellasiye bu tədbirin mükəmməl səviyyədə təşkil edildiyini, uğurla keçirildiyini və burada iştirak səviyyəsinin çox yüksək olduğunu dedi. Qonaq dövlətimizin çıxışının dolğun və məzmunlu olduğunu vurğulayaraq, buna görə təşəkkürünü bildirdi.
Efiopiya Prezidenti ölkəmizə səfəri çərçivəsində Azərbaycanın "ASAN xidmət" təcrübəsi ilə tanışlığın onda çox böyük təəssüratlar yaratdığını və bu təcrübənin ölkəsində tətbiqi məsələsinə baxıldığını dedi. O, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Efiopiya Federativ Demokratik Respublikasının Dövlət Xidməti Komissiyası arasında Anlaşma Memorandumunun imzalandığını qeyd etdi.
Efiopiya Prezidenti azad ticarət zonaları sahəsində Azərbaycanın təcrübəsinin ölkəsi üçün maraqlı olduğunu vurğuladı, turizm, kənd təsərrüfatı, investisiyalar və digər sahələrdə əməkdaşlıq imkanlarına toxundu, böyük perspektivlərin olduğunu dedi.
İnkişaf etməkdə olan dövlətlər arasında həmrəyliyin gücləndirilməsinin önəmini vurğulayan Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan Afrika ölkələri ilə əlaqələrin inkişafına böyük əhəmiyyət verir.
"ASAN xidmət" təcrübəsinə toxunan dövlətimizin başçısı bu sahədə Azərbaycanın hər cür dəstək göstərməyə hazır olduğunu dedi.
Söhbət zamanı ölkələrimiz arasında beynəlxalq təşkilatlarda, bərpaolunan enerji və digər sahələrdə əməkdaşlıq məsələlərinə toxunuldu, iqtisadi məsələlər üzrə hökumətlərarası komissiyanın yaradılmasının vacibliyi vurğulandı.
Efiopiya Prezidenti dövlətimizin başçısını ölkəsinə rəsmi səfərə dəvət etdi.
Prezident İlham Əliyev dəvətə görə minnətdarlığını bildirərək, Efiopiya Prezidentini və Baş nazirini Azərbaycana rəsmi səfərə dəvət etdi.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Bağçalı Türkiyədəki səfirimizlə görüşüb - (Video)
-
Hindistan yanaşmasını dəyişir - Qafqazda daha balanslı siyasət yürüdəcək
-
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi - XİN
-
Azərbaycanla Qırğızıstan arasında cinayətkarlıqla mübarizə üzrə əməkdaşlıq Sazişi təsdiqlənib
-
Prezident İlham Əliyevin sosial media hesablarında Hindistanın XİN rəhbərini rəsmi qəbul etməsi ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Azərbaycan Prezidenti İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib - (Foto-Video)
XƏBƏR LENTİ
-
Supermodellər haqqında heç vaxt danışılmayan 5 utandırıcı fakt
-
Paltaryuyana 1 qaşıq əlavə edin - dəsmaldakı pis qoxunu yox edir
-
Şəhriyardan Oksana ilə bağlı suala reaksiya
-
Qara Qarayevdəki məşhur obyektin fəaliyyəti dayandırıldı - (Video)
-
Günün qoroskopu: Paxıl həmkarlarınızdan ehtiyatlı olun
-
Qızılın qiyməti kəskin ucuzlaşdı
-
Con Qudman 90 kq arıqladı - (Foto)
-
Ronaldu iki milyard dollar qazanan ilk idmançı oldu
-
Qara dənizdə vurulan gəmidən xilas edilən azərbaycanlıların (Fotosu)
-
Gəncədə 5 aylıq körpə evdə öldü - Yenilənib
-
Akif Əyyubov vəfat etdi - (Foto)
-
Zelenski Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli görüşün yerini və vaxtını açıqladı
-
"Mən aliməm" - Nüşabə Ələsgərli
-
Messi karyerasının ən böyük uğurunu açıqlayıb
-
"Yeşilçam"ın aktrisası Hale Soygazi illər sonra - (Foto)
-
İşdən çıxarıldığı deyilirdi: 5 nömrəli avtobusun sürücüsü DANIŞDI
-
Valdas Dambrauskas ildə 50 kitab oxuyur
-
Çağırışçılara xəbərdarlıq: bunu etməsəniz, 100 manat cərimə olunacaqsız
-
Usta işlədiyi evdən meyiti tapıldı
-
Bağçalı Türkiyədəki səfirimizlə görüşüb - (Video)
-
Bakıda zeytun festivalı başlayıb – üç gün qastronomik yeniliklər, milli ənənələr və konsertlər - (Foto)
-
"Zirə" "Sumqayıt"a, "Qəbələ" "Araz-Naxçıvan"a qalib gəldi
-
Azərbaycanın üç boksçusu Avropa çempionatının finalına yüksəldi - (Foto)
-
Robert Köçəryanın həbs müddəti daha iki ay uzadılıb





