İlham Əliyev Odil Reno-Basso ilə görüşüb - VİDEO - FOTO
Noyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) prezidenti Odil Reno-Basso ilə görüşüb.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, əvvəlcə Prezident İlham Əliyev və Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Odil Reno-Bassonun iştirakı ilə "Gəncə şəhərində su təchizatı və kanalizasiya sistemlərinin, yağış sularının idarəetmə sisteminin yenidən qurulması və tullantı sularının təmizlənməsi qurğusunun tikintisi üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi və Avropa Yenidənqurma və İnkişaf Bankı arasında Anlaşma Memorandumu"nun imzalanması mərasimi oldu.
Görüşdə dövlətimizin başçısı imzalanan Memorandumun əhəmiyyətinə toxundu, bununla da əməkdaşlığımızın gündəliyində çox mühüm bir səhifənin açıldığını dedi və bu sənədin imzalanmasını əməkdaşlığımızda növbəti önəmli mərhələ kimi dəyərləndirdi.
Prezident İlham Əliyev Odil Reno-Bassonun COP29-da iştirakına görə təşəkkürünü bildirdi. Tədbirin əhəmiyyətini vurğulayan dövlətimizin başçısı burada artıq çox səmərəli nəticələrin əldə olunduğunu qeyd etdi.
Qonaqpərvərliyə və yüksək təşkilatçılığa görə minnətdarlığını bildirən Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti COP29-un çox əhəmiyyətli bir tədbir olduğunu dedi. Qonaq imzalanan sənədi əməkdaşlığımızda önəmli hadisə kimi qiymətləndirdi.
Söhbət zamanı Azərbaycanla Avropa Yenidənqurma və İnkişaf Bankı arasında perspektiv layihələr və əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Füzuli: Zəfərdən dirçəlişə uzanan yol
-
Füzuliyə həyat yenidən qayıdır - Kamaləddin Qafarov
-
Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - (Video)
-
Prezident İlham Əliyevin sosial media hesablarında Ermənistanın Gəncəyə beşinci raket hücumunun ildönümü ilə bağlı videoçarx yayımlanıb - (Video)
-
“Environmental Protection First” koalisiyası Ermənistanın COP17-yə ev sahibliyi etməsini ikili standart adlandırıb
-
Azərbaycanın beynəlxalq axtarışa verdiyi türkiyəli jurnalist üzr istədi
XƏBƏR LENTİ
-
"Turan Tovuz" "İmişli"yə, "Zirə" "Kəpəz"ə qarşı
-
Kürdəmirdə qatar 50 yaşlı kişini vuraraq öldürdü
-
Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib - (Foto)
-
Azərbaycan güləş üzrə U-23 dünya çempionatında növbəti medallarını qazanıb
-
“Qəlbimizdə yaşayanlar”: III Beynəlxalq Fidan Hacıyeva Opera Festivalı çərçivəsində duyğulu konsert keçirilib - (Foto)
-
Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir
-
Türkiyədən Moskvaya uçan üç təyyarə geri qayıtdı
-
Vanqadan qorxulu xəbərdarlıq: 2026-cı ilin sonunadək nələr olacaq?
-
Milli İncəsənət Muzeyində “Bal – XIX əsr” adlı tədbir baş tutub - (Foto)
-
Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib - (Foto)
-
Wi-Fi siqnalını alüminium folqa ilə gücləndirmək mümkündür? - Araşdırma
-
Tomatın kiflənməsinə son: Bankaya sadəcə 2 ədəd atın
-
Payız-qış mövsümündə dəbdə olacaq gödəkçələr
-
Psixoloq təkrarlanan pis yuxulardan qurtulmağın yollarını açıqladı
-
Kökəlmək istəyənlər oxusun
-
Üzünüzə gülən hər kəs dost deyil: Gizli düşmənçiliyi büruzə verən 7 davranış
-
Evdə panik atak və stressə səbəb ola biləcək beş şey
-
Kəllə-paçanı əvəz edən təbii möcüzə: Bir çömçəsi bəs edir
-
Noyabrda ağacın dibinə 1 stəkan tökün: Yayda bol məhsul əldə edin
-
"Qarabağ" - "Neftçi" derbisindən sonra 19 nəfər saxlanıldı
-
Tramp: Benzinin qiyməti daha da ucuzlaşacaq
-
Günün qoroskopu: Qarşıda sizi maraqlı bir yenilik gözləyir
-
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
-
Bəzi işbazlar avtomobildəki problemi gizlətmək üçün bu yola əl atırlar - (Video)





