Prezident İlham Əliyev Qvineya-Bisau Prezidenti ilə görüşüb - VİDEO - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 10-da Qvineya-Bisau Respublikasının Prezidenti Umaru Sisoku Embalo ilə görüşüb.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Qvineya-Bisau Prezidenti COP29-un yüksək səviyyədə təşkilinə və göstərilən qonaqpərvərliyə görə dövlətimizin başçısına təşəkkürünü bildirdi, bu tədbirin uğurla keçəcəyinə əminliyini ifadə etdi.
Görüşdə ölkələrimiz arasında ilk növbədə təhsil sahəsində əməkdaşlıq məsələsinə toxunuldu, Qvineya-Bisaudan olan müxtəlif sahələrə aid mühəndislərin, tibb sahəsi üzrə mütəxəssislərin hazırlanmasına dəstək və təqaüdlərin verilməsi ilə bağlı fikir mübadiləsi aparıldı.
Dövlətimizin başçısı qeyd etdi ki, Azərbaycan Qoşulmama Hərəkatına və İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrə qrantlar ayıraraq bu sahədə öz dəstəyini göstərir. Bu xüsusda, Qvinea-Bisaudan olan tələbələrə də qrantların verilməsi məsələsi müzakirə olundu.
Söhbət zamanı ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin genişləndirilməsi və bununla bağlı nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin təşkili, həmçinin xarici işlər nazirləri vasitəsilə siyasi məshələtləşmələrin aparılması məsələlərinə toxunuldu.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Ermənistan rəsmiləri Zəngəzur dəhlizi ilə bağlı bölgəyə getdi - Təfərrüat
-
Qardaşlıq qalib gəldi, amma izlər qaldı
-
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə zəng edib
-
Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-də tətbiq etdi
-
Azərbaycan və Qırğızıstan arasında müttəfiqlik müqaviləsi təsdiqlənib
-
Sülh prosesində Ermənistanın imitasiya taktikası: Bakının dəyişməz mövqeyi və reallıqlar
XƏBƏR LENTİ
-
“Sabah” – “Qarabağ” matçının hakimi açıqlandı
-
Leonardo İncəsənət Məktəbi ilə MiniBoss Biznes Məktəbi birgə "Yaradıcı Sahibkarlıq" proqramına başladı
-
Yeni icra başçısı kimdir?
-
Leysan yağacaq, qara keçəcək - Proqnoz verildi
-
Elçin Yusubov Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi vəzifəsindən azad edilib
-
Yardımlı Rayon İcra Hakimiyyətinə yeni başçı təyin edilib - Sərəncam
-
Qadınların ata evinə göndərdiyi gizli mesaj - SOS kəlağayısı - (Video)
-
Sibel Canın sevgilisi tutuldu - (Foto)
-
İcbari tibbi sığortada yenilik: Daha bir xəstəliyin dərmanları təminata daxil edilir
-
Azərbaycanın ən hündür asma körpüsünün tikintisindən son görüntülər - (Video)
-
"Şövkət"in “Yaprak Dökümü”nün məşhur səhnəsi ilə bağlı etirafı müzakirə yaratdı (Video)
-
Qızını döydüyü üçün kürəkənini öldürən şəxsin cəzası azaldıldı
-
Azərbaycanda bütün sosial ödənişlər bu tarixdə ödəniləcək
-
15 il sonra yenidən eyni filmdə - (Foto)
-
Ermənistan rəsmiləri Zəngəzur dəhlizi ilə bağlı bölgəyə getdi - Təfərrüat
-
Sumqayıtda şirkətin mühafizəçisi 1750 manatlıq metal oğurladı
-
Məhkum zərərçəkmişlə barışarsa, cəzası azaldıla bilər?
-
Aysun İsmayılova: "Dizayner idim, gördüm ki, çörək müğənnilikdədir"
-
Əli Əsədov bu sənədi təsdiq etdi
-
Əvvəllər 5 gün çəkirdi, indi 2 saata endiriləcək
-
Bakıda 2 yaşlı qız su kanalında boğularaq ölüb
-
Əsgərliyə gedənlərin kredit borcları necə ödəniləcək?
-
Azərbaycanda payız yay havasına döndü
-
Avropa Liqası: "Beşiktaş" İngiltərə, "Yuventus" Fransa klubuna qarşı





