Planetimiz xroniki iqlim problemi ilə üz-üzədir - Migel Anxel Moratinos
Əfsuslar olsun ki, təbiətlə bəşəriyyət sanki müharibədədir. Hamımız təbiətlə sülh içərisində olmalıyıq. Bəşəriyyət sülhü artıq bərqərar etməlidir, planetimizi qorumalıyıq.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu sözləri Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində noyabrın 5-də keçirilən "Dünya dinləri yaşıl planet uğrunda" mövzusunda Dünya dini liderlərinin qlobal Bakı Sammitinin açılış mərasimində BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinos deyib.
İqlim dəyişikliklərinin həllinin qlobal çətinliklər arasında ən vacib fenomenlərdən biri olduğunu söyləyən Migel Anxel Moratinos bununla mübarizə istiqamətində COP29 konfransının əhəmiyyətini qeyd edib.
"Planetimiz xroniki iqlim problemi ilə üz-üzədir. Bunun bizim həyatımıza təsiri danılmazdır. Ədalətsizliklərə qarşı ciddi tədbirlər görülməlidir. Təbiətlə sülhün təmin olunmasında dini amil çox önəmlidir. İqlim dəyişikliyinə həssas insanlara qarşı biz də həssas olmalıyıq", - deyə o əlavə edib.
Qeyd edək ki, Bakıda Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransı (COP 29) çərçivəsində Azərbaycan Respublikasının Ekologiya və Təbii sərvətlər Nazirliyi, Dini qurumlarla iş üzrə Dövlət Komitəsi, Beynəlxalq Müsəlman Ağsaqqallar Şurası, Qafqaz Müsəlmanları İdarəsi və BMT-nin Ətraf mühit Proqramı tərəfindən Dini Liderlərin Qlobal Bakı Sammiti keçirilir.
Sammitdə 30-a yaxın dünya və ənənəvi dinlərin liderləri, nüfuzlu dini mərkəzlərin başçıları - Patriarxlar, Vatikan və Əl-Əzhər rəsmiləri, müxtəlif qitələri, konfessiyaları təmsil edən və dünya miqyasında tanınmış görkəmli din və ictimaiyyət xadimləri, ümumilikdə 55 ölkəni və 30 beynəlxalq təşkilatı təmsil edən dövlət, elm və din xadimləri, həmçinin, KİV nümayəndələrinin iştirakı nəzərdə tutulur.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027−2032-ci illər üçün Dövlət Proqramını təsdiqləyib
-
Qara dənizdə azərbaycanlıların olduğu gəmiyə dronla hücum: 2 vətəndaşımız ölüb - XİN-dən Açıqlama
-
Prezident İlham Əliyev İƏT-in yeni Baş katibini təbrik edib
-
Mourinyo Trent Aleksander-Arnoldla bağlı qərar verdi
-
Ermənistan XİN rəhbəri ilə yaxın zamanda görüş keçirilə bilər - Nazir
-
Prezident İlham Əliyev: Azərbaycan-Tacikistan qardaşlığının yeni məzmunla zənginləşməsi məmnunluq doğurur
XƏBƏR LENTİ
-
Aytəkinin ailəsində xoş gün - (Foto)
-
"Mançester Yunayted" hesabı açır - YENİLƏNİR - CANLI
-
Brent neftinin qiyməti 108 dolları ötüb
-
"Bu çətinliyə necə dözəcəyəm?" - Məleykə Əsədova
-
Şəkidəki hadisənin şahidi, Coşqun Məmmədovun nişanlısı faciə anından danışdı
-
Binəqədidə hərəkət məhdudlaşdırılacaq
-
Coşqun və Ucalın faciədən dəqiqələr öncə çəkilən son (Fotosu)
-
Deko "Real"ın heyətə qatdığı ulduz barədə: "Barselona"ya gəlmək istəyirdi
-
Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var
-
Azərbaycanda taksi qiymətləri bahalaşıb?
-
Rövşən Nəcəf onu direktor təyin etdi - (Foto)
-
Özbəkistan əlifbasını dəyişdi
-
Rusiyadan Vyetnama gözlənilməz təklif - Təyyarələr icarəyə götürüləcək
-
Suraxanıda təmir işləri və qayda pozuntusu səbəbindən tıxac yaranıb - (Video)
-
“Ölkəni kazinoya çevirmisiniz, elə bilirlər ailəmindir” - Lukaşenko
-
Xalq artisti Zaur Rzayevin səhhəti ilə bağlı mühüm açıqlama
-
Nikahdankənar doğulan uşaqların sayı açıqlandı
-
Rusiyadan Pavloqrada dron zərbəsi: 3 nəfər ölüb, azı 34 yaralı var
-
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi
-
“Mançester Yunayted”dən “Sabah”la bağlı ironik (Video)
-
"Hamı Xalq artisti oldu, mən isə yerimdə addımlayıram" - Ruhəngiz Allahverdiyeva
-
“Sabah” UEFA Gənclər Liqasına ağır məğlubiyyətlə başladı
-
Peskovdan Qara dənizlə bağlı sərt açıqlama: “Gəmilər məhv ediləcək”
-
146 zərbə ilə öldürülən Arzunun anası Türkiyədə kürəkəninə ağır cəza tələb etdi





