Siyasət

"La Gazette du Caucase" Fransadakı ayrı-seçkilik barədə: Makron islamofobiyanı dövlət ideologiyasına çevirir

27 Sentyabr 2024 15:00
Baxış: 224

Emmanuel Makron tərəfindən təyin olunan yeni Nazirlər Kabineti müsəlmanlara qarşı siyasəti daha da diskriminativ edəcək. Ümumilikdə, islamofobiya Fransada bir növ dövlət ideologiyasına çevrilir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Parisin "La Gazette du Caucase" internet-qəzetinin baş redaktoru, məşhur fransız jurnalist Jan-Mişel Bryun tərəfindən yazılmış məqalədə qeyd edilib.

Məqalədə, Fransanın keçmiş daxili işlər naziri Gerald Darmaninin açıqlaması ilə əlaqədar irqi qalmaqal barədə danışılır.

"Adım Gerald Mussa Jan Darmanindir (Onun ikinci adı, Fransaya xidmət etmiş əlcəzairli atıcı, babasından gəlir). Aydındır ki, əgər mən dürüst olsaydım, Mussa Darmanin adını daşısaydım, bələdiyyə başçısı, deputat və ya daxili işlər naziri seçilməzdim", - müəllif məqalədə keçmiş nazirin sözlərini sitat gətirilib.

Müəllif vurğulayıb ki, bununla Gerald Mussa Jan Darmanin Fransada ayrı-seçkiliyin mövcudluğunu təsdiq edib:

"Təəssüf ki, o, artıq DİN rəhbəri deyil. Ancaq bu ifadəsindən əvvəl, "İslami separatizm" termininin müəllifi olan "Mussa" Darmanin, müsəlmanlara qarşı ayrı-seçkiliyin təşəbbüskarı olub. Onun rəhbərliyi altında səbəbsiz yerdə məscidlərin, eləcə də, qeyri-ciddi bəhanələrlə müsəlman məktəblərinin bağlanması həyata keçirilib, Fransada "islamofobiyaya qarşı kollektiv" ləğv edilib, imamların Dövlət islamofobiyasından danışmasına qadağa qoyulub.

O, eyni zamanda, məşhur "immiqrasiya üzərində nəzarət barədə" qanunun təşəbbüskarıdır. Bu gün artıq nazir olmayan G.Darmanin yenidən ərəb adı daşıyan Gerald Mussaya çevrilir. Real dünyaya xoş gəlmisiniz!"

Jan-Mişel Bryun qeyd edib ki, bu açıqlamadan dərhal sonra G.Darmanin Fransanın radikal sağçı "Milli Birlik" partiyası tərəfindən kəskin tənqidlərə məruz qalıb.

"Bu açıqlama ona hörmət edən hər kəsə şans verən Fransanı təhqir edir", - müəllif bu partiyanın lideri Jordan Bardelldən sitat gətirib.

"Əlcəzair mənşəli cənab Bardella yenidən adi bir vətəndaş olduqda bu qədər qətiyyətli olacaqmı?", - Jan-Mişel Bryun yazıb.

Daha sonra məqalədə qeyd olunub ki, nəticədə, bir neçə saat sonra mavritaniyalı ailədə dünyaya gələn keçmiş hökumətin mətbuat katibi Priska Teveno da öz ailəsinin tarixindən danışıb.

"Mənim adım Priska Tevenodur. Amma Priska Balasoobramanen mənim adımdır. Mən iki millətli və dərin vətənpərvər bir fransız olmağın bir nümunəsiyəm", - o, şübhəsiz, təmsil etdiyi hökumətin miqrantlara qarşı ova başladığını unudaraq açıqlayıb.

Əlcəzair, Türkiyə və Azərbaycan kimi müsəlmanların çoxluq təşkil edən ölkələrə qarşı düşmən mövqe tutmağa davam edən bu hökumət "xristian dünyasını" "İslama" qarşı təmsil etmək bəhanəsi ilə 30 il ərzində ərazilərini işğal edənləri qətiyyətlə dəstəkləyir. Makron tərəfindən təyin olunan Mişel Barnierin yeni Nazirlər Kabineti nəinki əvvəlki siyasətini davam etdirməyə, həm də onu daha da diskriminativ etməyə qərarlıdır", - müəllif iddia edib.

Materialda vurğulanıb ki, Fransadakı multikulturalizm terroru da bu ölkənin xarici siyasətinin əhəmiyyətli bir hissəsini izah edir.

"Qafqazda, məsələn, erməni separatçılarına dəstəyi yalnız seçki məqsədləri ilə izah etmək mümkün deyil. Fransız-erməni jurnalisti Leo Nikolyanın qeyd etdiyi kimi, "Erməni səsverməsi" bir mifdir. Əsl səbəb Azərbaycanın dünyada ən çoxmillətli ölkələrdən biri olmasıdır və bu modelin yayılması qorxusundan Fransa monoetnik Ermənistanı dəstəkləməyə tələsir", - məqalədə bildirilib.

O qeyd edib ki, Baş nazir hökuməti radikal sağçı "Milli Birlik" partiyasının proqramının şərtlərini sözbəsöz təkrarlayan bir kabinet formalaşdırıb.

"Beləliklə, indi Gerald Darmanin bağladığı müəssisələrin açılması və səhvən qovulmuş imamların geri qaytarılması üçün mübarizə aparacaqmı? Əlbəttə, yox. Digər tərəfdən, fransız xalqının bu məsələyə etiraz etməsi mümkündür", - Jan-Mişel Bryun yazıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.