Siyasət

Nyu-Yorkda Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü keçirilib - YENİLƏNİB - FOTOlar

26 Sentyabr 2024 21:25
Baxış: 799

21:25

26 sentyabr 2024-cü il tarixində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində ABŞ dövlət katibi Antoni Blinkenin təşəbbüsü və iştirakı ilə Nyu Yorkda görüş keçiriblər.

Xarici İşlər Nazirliyindən Milli.Az-a bildirilib ki, tərəflər mümkün qısa müddət ərzində Sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Sazişin yekunlaşdırılması üçün əlavə səylərin göstərilməsi barədə razılığa gəliblər.

Azərbaycan və Ermənistan tərəfləri görüşü təşkil etdiyinə görə dövlət katibinə minnətdarlıq bildiriblər.

19:37

Nyu-Yorkda ABŞ Dövlət katibi Antoni Blinkenin təşəbbüsü ilə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla ermənistanlı həmkarı Ararat Mirzoyan arasında görüş keçirilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, görüş BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində baş tutub.

-------------

Azərbaycan və Ermənistanın xarici işlər nazirləri - Ceyhun Bayramov və Ararat Mirzoyan arasında Nyu-Yorkda görüş başlayıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, görüş ABŞ dövlət katibi Entoni Blinkenin təşəbbüsü və iştirakı ilə keçirilir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.