Siyasət

Akademik Arif Paşayev: "Akademiyamıza İATA-nın regional tədris mərkəzi statusu verilməsi o deməkdir ki, bizdə tədris beynəlxalq səviyyədədir" - YENİLƏNİB - FOTO

30 May 2012 19:18
Baxış: 583
19:18

"Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Milli Aviasiya Akademiyası "Təhlükəli yüklərin hava nəqliyyatı ilə daşınması" üzrə Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (İATA) regional tədris mərkəzi statusunu almışdır.

AzərTAc xəbər verir ki, bu münasibətlə mayın 30-da "Sheraton Baku" otelində tədbir keçirilmişdir. Tədbirdə "Azərbaycan Hava Yolları" QSC-nin prezidenti Cahangir Əsgərov, Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayev, Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının direktoru Arif Məmmədov, İATA-nın Avropa, Rusiya və MDB üzrə baş təmsilçisi Şemi Daniel və İATA-nın Bolqarıstan, Qazaxıstan, Qırğızıstan və Azərbaycan üzrə baş təmsilçisi Cordan Karamalakov iştirak etmişlər.

Mülki Aviasiya Administrasiyasının direktoru Arif Məmmədov çıxış edərək bildirmişdir ki, Azərbaycan 1998-ci ildən İATA-nın tamhüquqlu üzvüdür. Ötən müddətdə bizim bir çox mütəxəssislərimiz İATA-nın kurslarında oxuyaraq sertifikatlar almışlar. Ancaq indi Azərbaycanın Milli Aviasiya Akademiyası bu statusu əldə edir. Milli Aviasiya Akademiyasının İATA-nın regional tədris mərkəzi statusuna layiq görülməsi uzun müddət aparılan işlərin nəticəsidir. Yanvar ayında Milli Aviasiya Akademiyası Avropanın Mülki Aviasiya Konfransının qərarı ilə Avropanın Mülki Aviasiya Tədris Mərkəzləri siyahısına daxil edilmişdir. İndi isə İATA Milli Aviasiya Akademiyasını özünün tədris mərkəzləri sırasına qəbul edir. Bu, çox önəmlidir və böyük nailiyyətdir. Biz inanırıq ki, Milli Aviasiya Akademiyası digər istiqamətlər üzrə də İATA-nın standartlarına tam uyğunlaşacaq və bu bölgədə qurumun ən güclü regional tədris mərkəzlərindən biri olacaqdır.

Azərbaycanın iqtisadi qüdrətinin gündən-günə artdığını vurğulayan İATA-nın Avropa, Rusiya və MDB ölkələri üzrə baş təmsilçisi Şemi Daniel qeyd etmişdir ki, qurumun regional tədris mərkəzi statusunun Azərbaycanın Milli Aviasiya Akademiyasına verilməsi önəmli hadisədir. Çünki Azərbaycan Şərqlə Qərbin qovuşuğunda yerləşən bir məkandır. Həmçinin biz, "Azərbaycan Hava Yolları"nın beynəlxalq yük daşımalarında böyük rolunu da qeyd etmək istərdik. Sizin ölkəniz aviasiya sahəsində böyük nailiyyətlərə imza atır. Azərbaycanın sürətli iqtisadi artım tempi ilə yanaşı, milli aviasiyanızın da perspektivi bizə ümid verir ki, siz bu sahədə böyük nailiyyətlər əldə edəcəksiniz. Bu sahənin inkişafı üçün isə bizə yüksək hazırlıqlı kadrlar lazımdır. İATA-nın 80 ölkədə 400 tədris mərkəzi fəaliyyət göstərir. Əminəm ki, bu gün Milli Aviasiya Akademiyasına regional tədris mərkəzi statusu verən sertifikatın təqdim olunması da gələcəkdə qarşıya qoyduğumuz məqsədlərə çatmaqda bir təkan olacaq və Azərbaycanın iqtisadi inkişafına öz töhfəsini verəcəkdir.

Mən, həmçinin bu günlərdə Bakıda keçirilən "Eurovision-2012" mahnı müsabiqəsinin yüksək səviyyədə təşkil edilməsi münasibətilə də sizləri təbrik edirəm. Mənim ölkəm İspaniya müsabiqədə qalib gəlməsə də, sizin dünyaya nümayiş etdirdiyiniz möhtəşəm şounu böyük coşqu ilə izlədim.

Sonra Milli Aviasiya Akademiyasına "Təhlükəli yüklərin hava nəqliyyatı ilə daşınması" üzrə İATA-nın regional tədris mərkəzi statusunun verilməsi münasibətilə müqavilə imzalandı. Müqaviləni "Azərbaycan Hava Yolları" QSC-nin prezidenti Cahangir Əsgərov, Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayev və İATA-nın Avropa, Rusiya və MDB üzrə baş təmsilçisi Şemi Daniel imzaladılar.

İATA-nın Bolqarıstan, Qazaxıstan, Qırğızıstan və Azərbaycan üzrə baş təmsilçisi Cordan Karamalakov uçuşların təhlükəsiz şəraitdə yerinə yetiriləcəyinə əminliyini bildirərək, qurumun regional tədris mərkəzi statusunu təsdiqləyən sertifikatı Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayevə təqdim etdi.

Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayev göstərilən etimada görə təşəkkür edərək, Akademiyanın qarşıya qoyulan məqsədlərin öhdəsindən layiqincə gələcəyini bildirmişdir.

Tədbirdə İATA-nın regional tədris mərkəzlərindən bəhs edən videoçarx nümayiş olunmuşdur.
İATA dünyanın bir çox inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrində "Təhlükəli yüklərin hava nəqliyyatı ilə daşınması" üzrə özünün regional mərkəzlərini yaratmışdır. MDB ölkələri içərisində isə yalnız Rusiya və Ukraynada belə regional mərkəzlər fəaliyyət göstərir.
"Azərbaycan Hava Yolları" QSC-nin Milli Aviasiya Akademiyasının da "Təhlükəli yüklərin hava nəqliyyatı ilə daşınması" üzrə İATA-nın tədris mərkəzi statusunu alması xüsusi önəm daşıyır. Bundan sonra Azərbaycan Mülki Aviasiyası kadrlarının təhlükəli yüklərin daşınması sahəsində beynəlxalq sertifikatlar əldə etməsi üçün imkan yaranmışdır.

Bundan başqa, xarici ölkələrin mülki aviasiya təşkilatları da öz kadrlarını sertifikatlaşdırmaq məqsədi ilə "Azərbaycan Hava Yolları" QSC-nin Milli Aviasiya Akademiyasına istiqamətləndirə biləcəklər ki, bu da ölkəmiz üçün böyük nailiyyətdir.

Milli Aviasiya Akademiyasının İATA-nın sertifikatını alması, həmçinin "Baku Karqo Terminal"ının bu sahədə tələb edilən kadrların bilik səviyyəsinin zəruri səviyyədə saxlanılması və təkmilləşdirilməsi məqsədi ilə tam spektri əhatə etməyə və müvafiq prosedurları xarici tədris mərkəzlərinə müraciət etmədən həyata keçirməyə geniş imkanlar açır. Bu status nəinki "Baku Karqo Terminal" üçün, eyni zamanda, yük aviadaşımalarında iştirak edən digər mülki aviasiya subyektlərinin, ekspeditorların və yük göndərən təşkilatların kadr hazırlığına olan ehtiyaclarının təmin edilməsinə də dəstək verəcəkdir.

---------
17:08


Milli Aviasiya Akademiyasına (MAA) "Təhlükəli yüklərin hava nəqliyyatı ilə daşınması" üzrə Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (İATA) regional tədris mərkəzi statusu verən sertifikatın təqdim edilməsi o deməkdir ki, bizdə tədris beynəlxalq səviyyədədir.

AzərTAc xəbər verir ki, bu sözləri "Təhlükəli yüklərin hava nəqliyyatı ilə daşınması" üzrə İATA-nın regional tədris mərkəzi statusunu təsdiqləyən sertifikatın MAA-ya təqdimetmə mərasimində Akademiyanın rektoru, akademik Arif Paşayev bildirmişdir.

MAA-nın rektoru qeyd etmişdir ki, daha bizim mütəxəssislərimizin başqa ölkələrdə bu sənətə yiyələnmələrinə ehtiyac olmayacaqdır. Hesab edirəm ki, bu sertifikatın bizim Akademiyaya verilməsi mülki aviasiyamızda böyük bir addımdır. Mülki aviasiyada ən mühüm problem təhlükəsizlikdir. Təhlükəsizlik problemi isə çoxşaxəli işdir. Təhlükəli yüklərin daşınması bu mənada xüsusi əhəmiyyət kəsb edir. Bu istiqamətdə irəliləyiş əldə etmək üçün mühüm elmi tədqiqatlar, yüksək səviyyədə tədris lazım olur. Ona görə də, MAA qarşıya qoyulan işlərin öhdəsindən gəlməyə hazırdır. Akademiya göstərilən bu etimadı yüksək səviyyədə doğruldacaqdır.

---------
16:18

"Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Milli Aviasiya Akademiyası "Təhlükəli yüklərin hava nəqliyyatı ilə daşınması" üzrə Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (İATA) regional tədris mərkəzi statusunu almışdır.

AzərTAc xəbər verir ki, bu münasibətlə mayın 30-da "Sheraton Baku" otelində tədbir keçirilmişdir. Tədbirdə "Azərbaycan Hava Yolları" QSC-nin prezidenti Cahangir Əsgərov, Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayev, Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının direktoru Arif Məmmədov, İATA-nın Avropa, Rusiya və MDB üzrə baş təmsilçisi Şemi Daniel və İATA-nın Bolqarıstan, Qazaxıstan, Qırğızıstan və Azərbaycan üzrə baş təmsilçisi Cordan Karamalakov iştirak etmişlər.

Milli.Az

---------
17:50

Böyütmək üçün şəklə klikləyin.



Foto: AzərTAc

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.