Siyasət

Rüstəm Minnixanov İlham Əliyevi təbrik edib

22 Dekabr 2023 18:05
Baxış: 609

Rusiya Federasiyası Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov Prezident İlham Əliyevi təbrik edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm. Sizə və yaxınlarınıza möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar arzulayıram.

Sizin Azərbaycanın Prezidenti vəzifəsində çoxillik səmərəli fəaliyyətiniz doğma ölkənizə sevginizin, onun təhlükəsizliyinin və hərtərəfli inkişafının, xalqın əmin-amanlığının təmin edilməsi səylərinizin parlaq təzahürüdür.

Bu gün də çox mürəkkəb qlobal çağırışlar şəraitində Sizin zəhmətinizin nəticələri, zəngin təcrübəniz və nüfuzunuz yeni genişmiqyaslı dövləti vəzifələrin həllinin, Azərbaycan Respublikasının vətəndaşları üçün zamanın tələb etdiyi faydalı konseptual layihələrin reallaşmasının bünövrəsidir.

Bu xoş fürsətdən istifadə edərək, Tatarıstan və Azərbaycan arasında qarşılıqlı anlaşmanın və əməkdaşlığın səviyyəsindən böyük məmnunluq ifadə edir, həmçinin respublikamıza göstərdiyiniz diqqətli münasibətə görə Sizə təşəkkürümü bildirirəm. Ümidvaram ki, Tatarıstan-Azərbaycan qarşılıqlı fəaliyyəti gələcəkdə də fəal və məzmunlu olacaq, Rusiya və Azərbaycan xalqlarının strateji maraqlarına tam şəkildə cavab verəcək".

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.