Antiterror tədbirləri yalnız legitim hərbi hədəflərə qarşı olub - Elçin Əmirbəyov
Azərbaycan Silahlı Qüvvələrinin Qarabağ bölgəsində həyata keçirdiyi lokal antiterror tədbirləri yalnız erməni silahlı birləşmələrinin legitim hərbi hədəflərinə qarşı olub.
Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov "BBC News"a müsahibəsində bildirib.
Onun sözlərinə görə, bu hadisələr zamanı Qarabağın mülkü əhalisi arasında itkilərin olmaması üçün bütün səylər göstərilib.
"Əməliyyat ildırım sürəti ilə həyata keçirilib, bir sutkadan az davam edib. Tədbirlər Ermənistan silahlı birləşmələrinin Azərbaycan ərazisindəki legitim hərbi hədəflərinə qarşı olub", - E.Əmirbəyov deyib.
Qeyd edək ki, Azərbaycan Ordusunun Qarabağda başlatdığı lokal xarakterli antiterror tədbirləri separatçıların təslim olması ilə nəticələnib. Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq, tam atəşkəs haqqında razılaşma əldə olunub və 2023-cü il sentyabrın 20-də saat 13:00-da lokal xarakterli antiterror tədbirləri dayandırılıb.
Əldə edilən razılaşmaya əsasən, Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır.
Paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir.
Yuxarıda qeyd olunan proseslərin Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirilmiş şəkildə həyata keçirilməsi təmin edilir.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının təklif etdiyi kimi, Qarabağın erməni sakinlərinin nümayəndələri ilə 2023-cü il sentyabrın 21-də Yevlaxda görüş keçirilib. Görüş zamanı erməni tərəfi bağça və məktəblərin istilik sistemləri, təcili tibbi yardım və yanğınsöndürmə xidmətlərinin ehtiyacları təmin olunmaqla yanacağın təchiz edilməsi və humanitar dəstəyin həyata keçirilməsini istəyib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan Rusiyanı təbrik edib
-
Edi Rama Prezident İlham Əliyevə məktub göndərib
-
Qambiya Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib
-
Fələstin Dövlətinin vitse-prezidenti Hüseyn əl-Şeyx Birinci vitse-prezidenti Mehriban Əliyevaya məktub ünvanlayıb
-
Bruney Sultanı Prezident İlham Əliyevi təbrik edib
-
Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı 71,5 faizə çatıb - VİDEO
XƏBƏR LENTİ
-
ABŞ vizası ala bilməyənlərə pulsuz televizor verdilər - FOTO
-
DYP-dən məzunlara və valideynlərə vacib çağırış
-
Kənan Doğulu Bereni başqa qadınla səhv saldı - VİDEO
-
Yaponiya millisində karyerasını başa vurdu
-
Bakı, Sumqayıt və Abşeronda pensiyalar ödənildi
-
Nazirlikdən “Son zəng”lə bağlı sürücülərə müraciət
-
Şəmkirdə qanlı hadisə: 26 yaşlı oğlan qətlə yetirildi
-
Ağdaşda ildırım düşən yük avtomobili yandı
-
Azərbaycanda avtomobil alanlar niyə Çin markalarına üstünlük verir? - ARAŞDIRMA
-
Şir, Xərçəng və Qoç BÜRCləri üçün şanslı dövr başlayır
-
Botoks etdirdi, göz qapağı düşdü - Toyu baş tutmayacaq - VİDEO
-
Bazar günü 15 mindən çox şəxs imtahan verəcək
-
“Şuşa KOB evi”ndə cari ilin yanvar-may aylarında sahibkarlara 560-a yaxın xidmət göstərilib - FOTO
-
İlon Mask tarixə düşdü
-
Goranboyda marketdə kassadakı pulu ələ keçirən şəxs tutuldu
-
Aysunun daha bir bacısı ortaya çıxdı: "Anamı yığın, necə ola bilər?" - VİDEO
-
Azərbaycan Rusiyanı təbrik edib
-
12 iyun üçün rəsmi məzənnələr məlum oldu
-
Qara qızıl ucuzlaşdı
-
DÇ-2026: Cənubi Koreyadan Çexiyaya futbol dərsi
-
Sintioqrafiya: Nədir, necə aparılır və hansı xəstəliklərdə istifadə olunur?
-
“Çukur”un aktyoru yeni serialda - FOTO
-
Qayçı qulpundan birinin digərindən daha kiçik olmasının əsl səbəbi
-
Meyvə ağaclarının yapışqan maddə ifraz etməsinin səbəbi açıqlandı





