Düşməni belə məhv etdik: bir sutkalıq döyüşlərdə nələr oldu?
Azərbaycan görməli olduğu işi gördü: Əsgər 44 günlük İkinci Qarabağ Müharibəsindən sonra sakitləşmək və 30 illik xəstəlikdən sağalmaq əvəzinə daha da azğınlaşan separatçıların xəyallarını puç etdi.
Xalq, Ordu, Ali Baş Komandan - birlik düşmənin başını əzdi.
Sosial şəbəkələrdə, cəmiyyətdə indi dolaşan suallardan biri də "Niyə yenə şəhidlər verdik?! Şəhidlərsiz, itkilərsiz etmək olmazdımı?" kimi səslənir.
Səslənir və sayı da çoxdur.
Həmin sualı cavablayırıq.
44 günlük müharibə başa çatandan sonra 30 illik erməni işğalında olan ərazilərimizin tam əksəriyyəti azad edildi. Ötən üç il ərzində həmin ərazilərin minalardan təmizlənməsi, məcburi köçkünlərin doğma yurd-yuvalarına qayıdışa başlamaları, bərpa və rekonstruksiya işləri, zəruri infrastrukturun yaradılması, təhlükəsizlik tədbirlərinin görülməsi - bütün bunlar sürətlə başladı və eyni sürətlə davam edir.
Eyni zamanda Ermənistanla şərti dövlət sərhədinin demarkasiyası və delimitasiyası, yekun sülh sazişinin imzalanması, qarabağlı ermənilərin Azərbaycan cəmiyyətinə reinteqrasiyası, Zəngəzur dəhlizi layihəsinin reallaşdırılması üçün rəsmi Bakı aktiv diplomatik fəaliyyətdədir.
Amma bütün bunları ləngidən, ciddi maneyə çevrilən məqam vardı.
O da Rusiya Sülhməramlı Kontingentinin (RSK) müvəqqəti yerləşdiyi arealda olan erməni silahlı dəstələrdi.
Təqribən 10 min nəfər silahlı daimi, real təhlükə mənbəyi idi.
Yolların minalanması, mövqelərimizin atəşə tutulması, sərnişin təyyarələrinin uçuşlarına radioelektron maneələrin yaradılması, snayper atəşləri, diversiyalar və s. mütləq şəkildə həll edilməli problemə çevrilmişdi.
Rəsmi Bakı bütün bunlarla bağlı Ermənistana dəfələrlə müraciət etsə də, bir nəticə hasil olmadı.
Tam əksinə, Xankəndindəki separtaçı xunta "prezident seçkiləri" keçirdi, Bakının reinteqrasiya ilə bağlı dialoq təkliflərindən qətiyyətlə imtina etdi, "sonadək mübarizə və müqavimət" yolunu seçdi.
RSK-nın olduğu arealdan mövqelərimizin atəşə tutulma faktları artdı, sonda isə qarabağlı erməni separatçılar yola və tunelə minalar qoyaraq 6 vətəndaşımızı şəhid etdilər.
Səbr tükəndiyi üçün Azərbaycan Silahlı Qüvvələri lokal antiterror tədbirlərinə başladılar.
Tədbirlər rekord müddətdə - cəmi bir sutkada başa çatdı və bu müddətdə separatçıların istehkamlarının, anbarlarının, raket və artilleriya qurğularının, radiolokasiya və hava hücumundan müdafiə vasitələrinin, kazarmalarının əksəriyyəti məhv edildi.
Zərbələr zərgər dəqiqliyi ilə endirildi, çünki ordumuz cərrahiyyə əməliyyatı keçirərək Vətənin vücudundakı separatizmin xərçəng şişini kəsirdi.
Şəhidlərimiz və yaralılarımız var.
Olmaya bilməzdi.
Bunun da səbəbləri mövcuddur.
İkinci Qarabağ Müharibəsi dönəmində Ağdərə istiqamətində əməliyyatlar nisbətən zəif aparıldı, çünki orada Ermənistanın Silahlı Qüvvələrinin həddən artıq möhkəmlənmiş, eşelonlaşmış müdafiə xətləri, beton istehkamları, səngərləri və s. vardı.
Lokal antiterror tədbirləri zamanı məhz həmin hədəflər zərərsizləşdirildi.

Önümüzdəki düşmənin sadəcə, mülki qarabağlı ermənilərdən ibarət könüllülər olduğunu düşünməyək. Onların tam əksəriyyəti Ermənistan Silahlı Qüvvələrinin peşəkar, müqavilə əsasında xidmət hərbçiləri idilər ki, illərdən bəri səngərlər qazmış, müdafiə sistemləri inşa etmişdilər və döyüşə hazırdılar.
Klassik hərb qanunlarına görə, hücum edən tərəflə müdafiə olunan tərəf arasında itkilər nisbətinin 3:1 olduğunu xatırlasaq, ordumuz antiterror tədbirlərini minimal itkilərlə başa vurub.
Hətta minimal səviyyədən belə, az olan itkilərlə.
Söz yox, hər şəhidimiz itkidir, ağrıdır, fəxrdir, şərəfdir. Övladı şəhid olmuş atanın və ananın dərdi böyükdür - anlayırıq, həmdərdik hər şəhid ailəsinə.
Çünki onlar bizim övladlarımızdır, Azərbaycandakı hər ailənin itkisidir.
"Niyə şəhidlər verdik?" soruşanda Birinci Qarabağ Müharibəsində 21 mindən artıq şəhid verməyimizə rəğmən, torpaqlarımızın 20 faizinin işğal edilməsini xatırlayaq.
Ordumuz sonradan faktiki olaraq yenidən yarandı, möhkəmləndi, gücləndi və formalaşdı.
İndi nəticəsini görürük: düşmənə qarşı bir sutka davam edən antiterro tədbiləri nəticəsində separatçılarla Ermənistanın Müdafiə Nazirliyi 400-ə yaxın hərbçisini itirdi, 1000-ə yaxın erməni hərbçi yaralanıb.
RSK nəzarətində olmuş ərazilərin total əksəriyyəti artıq ordumuzun kontrolundadır, qarabağlı ermənilər reinteqrasiya danışıqlarına başlayıblar.
Xankəndindəki xuntanın "hakimiyyət strukturlar"ı ləğv edilir, separatçılar tərksilah olunurlar.
Proses sürətlə davam edir.
Şəhidlərimizin igidliyi, şücaəti tarixi yenilədi.
Vətənpərvərlik şəhidlərin alnında işıq saçan məşəl kimidir.
Həyatını vətən uğrunda itirən heç vaxt ölməz...
Elçin Alıoğlu
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev İsveç Kralını təbrik edib
-
CNN-dən təkzib verməsini və Azərbaycandan üzr istəməsini tələb edirik - MEDİA
-
Milli Məclisin komissiyası "CNN"dən Azərbaycana qarşı əsassız iddiaları sübut etməyi tələb edib
-
Parisin ikiüzlü "demokratiyası": Seba faciəsi və Mirzəli şousu
-
Şimali Makedoniya Prezidenti Prezident İlham Əliyevə məktub ünvanlayıb
-
Portuqaliya Prezidenti İlham Əliyevi təbrik edib
XƏBƏR LENTİ
-
Avtomobil aldı, bir gün sonra geri qaytardı – Pulunu ala bilmədi
-
Dünya Kuboku öncəsi qalmaqal: Futbolçular stadionlardaki problemi üzə çıxardı - VİDEO
-
Millimizin iki futbolçusu heyətdən çıxarıldı
-
Mayda ölkədə ən çox yağıntı bu ərazilərdə qeydə alınıb
-
3 yaşlı qızını girov götürən ata zərərsizləşdirildi - FOTO
-
Yasamalda söküntü ilə bağlı yayılan iddialara rəsmi cavab verildi - FOTO
-
Bu şəxslərə maaş yeni qayda ilə VERİLƏCƏK
-
Trampın təklifi ABŞ-də sistemi dəyişə bilər
-
Ayın 6-da leysan yağacaq, dolu düşəcək - PROQNOZ
-
Türkiyədə azərbaycanlı qadınlar güllələndi, biri öldü - FOTO
-
İçərişəhərdə şortik davası: "Səni bu məhlədə bir də görməyim" - VİDEO
-
Binədə mağazada YANĞIN
-
Qanunsuz saxlanılan silahlar aşkarlanıb
-
Hasan Can Kaya ABŞ-də evləndi - FOTO
-
Bu da yeni 100 manat - VİDEO
-
Bu yaşdan sonra sürücülük vəsiqəsi verilməyəcək
-
Azərbaycanda siqaret BAHALAŞIR? - 30 qəpik…
-
Trampdan İrana sərt mesaj
-
Qadın işçiyə hörmətsizlik: Müştəri kafeni bir-birinə qatdı - VİDEO
-
Prezident İlham Əliyev İsveç Kralını təbrik edib
-
Qazıntı işləri zamanı xətt qırıldı - Ərazi qazsız qaldı
-
İran ABŞ bazalarını raketlərlə vurdu - Regionda gərginlik artır
-
Gənc futbolçu zədə səbəbindən dünya çempionatını buraxacaq
-
Bakıda söküləcək ərazilər məlum OLDU





