Siyasət

"Afrika ölkələri Azərbaycanın ərazi bütövlüyünü dəstəklədilər"

17 May 2023 10:50
Baxış: 608

Afrika ölkələri Azərbaycanın ərazi bütövlüyünü dəstəklədilər.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev "Qlobal Çağırışlar Əsrində Afrikanın Gücləndirilməsi və Çoxtərəfliliyin Təşviqi: Qoşulmama Hərəkatının rolu" mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.
deyib.

F. Şəfiyev bildirib ki, həm 30 il ərzində, həm də ikinci Qarabağ müharibəsi zamanı Afrika ölkələri Azərbaycanı və onun ərazi bütövlüyünü dəstəkləyib.

O, həmçinin əlavə edib ki, Afrika ölkələri Qoşulmama Hərəkatı çərçivəsində mühüm əhəmiyyət kəsb edir və Azərbaycan Qoşulmama Hərəkatına sədrlik etdiyi dövrdə buna diqqət yetirib.

Qeyd edək ki, Bakıda "Qlobal Çağırışlar Əsrində Afrikanın Gücləndirilməsi və Çoxtərəfliliyin Təşviqi: Qoşulmama Hərəkatının rolu" adlı beynəlxalq konfrans keçirilir. Konfrans hər il mayın 25-də qeyd olunana Afrika gününə həsr olunub. Konfransın məqsədi Afrika və Qoşulmama Hərəkatına üzv ölkələrdən olan siyasətçi və ekspertləri bir araya gətirərək Afrikanın güclənməsi və qlobal geosiyasi şəraitdə multilateralizmin təbliğinə dair strategiyaları müzakirə etməkdir.

Tədbirdə Qoşulmama Hərəkatına üzv və digər ölkələrdən beyin mərkəzlərinin və xarici siyasət idarələrinin nümayəndələri, diplomatik korpus təmsilçiləri və Azərbaycan hökumətinin nümayəndələr və yerli ekspertlər iştirak edirlər.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.