"Ermənistanın Qarabağda məscidləri, dini məbədləri dağıtması çox təəssüfləndirici haldır"
30 illik işğal dövründə Ermənistanın Qarabağda məscidləri, dini məbədləri dağıtması çox təəssüfləndirici haldır.
Bu barədə Trend-ə özəl açıqlamasında G20 Dinlərarası Dialoq Forumunun prezidenti Kol Durham deyib.
O qeyd edib ki, bu kimi hallar qəbuledilməzdir.
"30 illik işğal dövründə Ermənistanın Qarabağda məscidləri, dini məbədləri dağıtması çox təəssüfləndirici haldır. Əlbəttə bunun arxasında bir sıra hallar, səbəblər dayanır. Bu dini, etnik ayrı-seçkilikdir. Ermənistanın bu cür davranışı qəbuledilməz haldır. Ümid edirik ki, bir daha bu hallar yaşanmaz və iki ölkə arasında sülh bərqərar olar",- deyə o əlavə edib.
Xatırladaq ki, martın 15-16-da Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM), Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və G20 Dinlərarası Dialoq Forumu İslamofobiya ilə Beynəlxalq Mübarizə Gününə həsr olunan "İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar" mövzusunda beynəlxalq konfrans keçirilir.
Konfransın əsas məqsədi beynəlxalq və milli səviyyədə müsəlmanları və əhalisi müsəlman olan ölkələri hədəf alan həyəcanverici tendensiyaları müzakirə etmək üçün akademik platforma yaratmaqdır. Konfransda 32 ölkədən alimlər, beynəlxalq təşkilatların ekspertləri, din xadimləri və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edir, islamofobiya ilə mübarizədə fərqli yanaşma, Avropanın bəzi ölkələrində islamofobiyanın təzahürləri, dünya mediasında islamofobiya mövzularında müzakirələr aparırlar.
Qeyd edək ki, 15 mart tarixinin İslamofobiya ilə Mübarizə Günü olması ilk dəfə 2020-ci il noyabrın 27-28-də İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının Niger Respublikasının Niamey şəhərindəki toplantısında elan edilib. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası 2022-ci ildə 15 mart tarixini İslamofobiya ilə Beynəlxalq Mübarizə Günü kimi qəbul edib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı 71,5 faizə çatıb - VİDEO
-
Zakir Həsənov Pakistana başsağlığı verib
-
Azərbaycanla Avstriya arasında ilk konsulluq məsləhətləşmələri keçirilib - FOTO
-
"Bakımənzilkommunlayihə" Layihə İnstitutu ləğv edilir
-
Vətəndaş müraciətləri ilə bağlı kargüzarlığın aparılması qaydasında dəyişiklik edilib
-
Albaniya Respublikasının Prezidenti İlham Əliyevə məktub göndərib
XƏBƏR LENTİ
-
Fermerlər üçün yeni imkanlar yaradılacaq
-
Bu gün Azərbaycandan Ermənistana 17 vaqon dizel göndəriləcək
-
Portuqaliyada velosipedçi qadın sürücünü döydü - VİDEO
-
İker Kasilyas "Portu"nu məhkəməyə verdi
-
Zümrüd Qasımova: "14 övladımın olmasını istəyirdim"
-
“Mançester Siti”dən Anderson üçün 14 milyonluq təklif
-
Gəncədə “Bolt” sürücüləri sifariş qəbulunu niyə dayandırıb?
-
Məhərrəmlik ayı qızılın qiymətinə necə təsir edəcək? - AÇIQLAMA
-
"Əminəm ki, bu, son evliliyimdir" - 3 dəfə evlənən Rəvan
-
"Qarabağ" Pedro Bikalyo ilə bağlı qərarını verdi
-
Yunus Oğuzun üç kitabı bir romanda - “Qara Yusif”
-
"Sabah İranı darmadağın edəcəyik" - Tramp
-
“İdrak” liseyi hadisəsində yeni detal: Silah sahibi də məsuliyyətə cəlb olunub
-
İyunun 12-si üçün hava proqnozu açıqlandı
-
Azərbaycanda həmin şəxslər işdən çıxarıla bilməz
-
Ağ Evdən Bakıya uzanan UFC həyəcanı - FOTO
-
Nadir mutasiyalı alma mağazada görənləri təəccübləndirib
-
Hava dəyişir: 5 gün yağış yağacaq
-
DİM xarici dil imtahanı üçün 110 manat ödəniş müəyyənləşdirdi
-
Yaxın Şərqdə təhlükə artır: ABŞ və İran qarşı-qarşıya
-
Nərimanovda obyektdə baş verən yanğın söndürüldü - YENİLƏNİB
-
Baş verən qəzaların oxşar səbəbləri
-
Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı 71,5 faizə çatıb - VİDEO
-
Aparıcı Şəbnəm anasından danışıb ağladı - VİDEO





