Siyasət

Səfirliyə hücum düşünülmüş və planlaşdırılmış hadisə idi - XİN

6 Fevral 2023 15:49
Baxış: 1 171

Səfirliyə hücum düşünülmüş və planlaşdırılmış hadisə idi.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) Azərbaycanın İran İslam Respublikasındakı səfirliyinə qarşı törədilmiş terror aktının təfərrüatları barədə keçirilən brifinqində nümatiş etdirilən videoçarxda qeyd edilib.

Hadisə zamanı yaralanan Vasif Tağıyev videoçarxda bildirib ki, sonradan xəbərlərdə görüb ki, terrorçu səfirliyə guya həyat yoldaşını axtarmağa gəlib.

"Bu, yalandır. Onun məqsədi terror törətmək idi. Ailəsini axtarmağa gələn şəxs silahla gəlmir", - o vurğulayıb.

Xatrıladaq ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə terror hücumu olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda hadisənin istintaqı aparılır.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.