Son sutka ərzində Ukrayna aviasiyası və artilleriyası rus ordusuna qarşı güclü işləyib. Bir neçə PUA məhv edilib, qoşunların cəmləşdiyi ərazilər vurulub.
Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş qərargahı bildirib.
"Müdafiə Qüvvələrinin aviasiyası ötən sutka ərzində işğalçıların cəmləşdiyi ərazilərə 8 zərbə endirib. Düşmənin "Orlan-10" tipli 4 PUA-sı məhv edilib", - məlumatda deyilir.
Əlavə olunub ki, Ukrayna raketçiləri və artilleriyaçıları işğalçıların xüsusilə fəxr etdikləri komanda məntəqəsinə, 2 canlı qüvvəsinin cəmləşdiyi əraziyə və 1 ədəd "Solntsepek" ağır alov qurğusunu məhv edib.
Milli.Az