Siyasət

Prezident terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə ilə bağlı fərman imzalayıb

31 Yanvar 2023 17:28
Baxış: 819

Azərbaycanda cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına qarşı mübarizə sahəsində Koordinasiya Şurası yaradılacaq.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyevin tətbiqi barədə fərman imzaladığı "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" qanunda əksini tapıb.

Fərmana əsasən, Nazirlər Kabineti iki ay müddətində:

- Maliyyə Monitorinqi Xidmətinin informasiya sisteminə inteqrasiya edilən informasiya sistemlərindən (ehtiyatlarından) əldə olunan məlumatların dairəsini Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etməli;

- yüksək riskli zonaların müəyyən edilmə əsaslarını, yüksək riskli zonalara münasibətdə tətbiq edilə bilən məhdudiyyətlərin və xüsusi tələblərin siyahısını müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli;

- maliyyə monitorinqi orqanına təqdim edilən məlumat və sənədlərin tərtib olunma formasını müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli;

- cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına, terrorçuluğun maliyyələşdirilməsinə, kütləvi qırğın silahlarının yayılmasına və yayılmasının maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində Koordinasiya Şurasını yaradıb Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli;

- cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına, terrorçuluğun maliyyələşdirilməsinə, kütləvi qırğın silahlarının yayılmasına və yayılmasının maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində Koordinasiya Şurasının iş qaydasını müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.