Siyasət

Oman XİN Azərbaycanın İrandakı səfirliyində törədilən terror aktı ilə bağlı bəyanat yayıb

28 Yanvar 2023 13:17
Baxış: 549

Oman Sultanlığı Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanın Tehrandakı səfirliyini hədəfə alan hücumu qəti şəkildə qınadığını bildirib və Oman Sultanlığının diplomatik missiyalara edilən hücumu, təhlükəsizlik və sabitliyi pozan hər hansı hərəkəti rədd edən qəti mövqeyini təsdiqləyib.

Milli.Az Trend-ə istinadən bildirir ki,  Oman XİN, həmçinin hadisə qurbanının ailəsinə, Azərbaycan xalqına və hökumətinə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayır.

Xatrıladaq ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə terror hücumu olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda hadisənin istintaqı aparılır.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.