Siyasət

Səfirliyimizə hücum üçün niyə 27 yanvar seçilib? – GÖZDƏN QAÇAN DETAL - VİDEO

28 Yanvar 2023 08:34
Baxış: 1 474

Azərbaycanın İranın paytaxtı Tehran şəhərindəki səfirliyinə hücumla bağlı müxtəlif fikirlər dolaşmaqdadır. Tarix göstərir ki, belə olaylar adətən xüsusi günlərdə törədilir. Bu gün həm də ilk türkiyəli diplomatın şəhid edilməsindən 50 il ötür.

Yanvarın 27-də 1973-cü il tarixində ABŞ-da türkiyəli diplomatlara qarşı terror hücumu həyata keçirilib.

Hadisəni törədən ASALA üzvü erməni Qurgen Yanikyan tərəfindən Los-Ancelesin baş konsulu Mehmet Baydar və konsul Bahadır Dəmir qətlə yetirib.

2020-ci il 27 yanvar tarixində erməni terrorçu Qurgen Yanikyanın fotosunu Azərbaycanın Los-Ancelesdəki Baş konsuluğunun binasının qarşısında asılıb. Həm də Azərbaycanın Tehrandakı səfirliyinə hücum İran tərəfindən maliyyələşdirilən və nəzarət edilən "İslami Cihad" qruplaşmasının Qəzza zolağından İsrailin cənubuna raket zərbələri endirməsindən təx¬minən 5 saat sonra baş verib.

Bu arada, səfirlikdəki terror aktından bir neçə saat sonra Tehranda bir qrup iranlı və erməni toplaşaraq Laçın dəhlizinin açılması tələbi ilə etiraz aksiyası keçirib. İrandakı səfirliklərdə törədilmiş başqa qanlı hadisələrə dair bir neçə faktı da diqqətinizə çatdırırıq.
1829-cu il yanvarın 30-da Çar Rusiyasının İrandakı səfirliyinə hücum təşkil edildi. Səfir, tanınmış rus yazıçısı Aleksandr Qriboyedov və səfirliyin mühafizəsini təşkil edən 35 kazak qətlə yetirildilər. Qriboyedovun meyiti tanınmaz hala salınmışdı.

1979-cu ildə İranda özlərini "İmam Xomeyni yolçuları" adlandıran bir qrup tələbə ABŞ-ın Tehrandakı səfirliyinə hücum edərək 53 amerikalını girov götürüb, onlar 444 gün girov saxlanıldı. 2011-ci ildə yüzlərlə tələbənin Böyük Britaniyanın İrandakı səfirliyinə hücumu təşkil edildi, onlar səfirliyin binasının ələ keçirib, pəncərələri sındırıb, səfirliyi talan etdilər.

2016-cı ildə radikal kütlənin Səudiyyə Ərəbistanın Tehrandakı səfirliyi və Məşhəddəki konsulluğuna hücumu təşkil edildi, binalar yandırıldı.

27 yanvar 2023 cü ildə Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum təşkil olundu.

Səfirliyin mühafizə xidmətinin əməkdaşı qətlə yetirildi, iki əməkdaşı yaralandı.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.