Siyasət

Prezident bir qrup idmançıya mənzil verdi - FOTO

9 Yanvar 2023 16:12
Baxış: 2 030

Yanvarın 9-da 2022-ci ilin idman yekunlarına həsr olunan mərasim keçirilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.

Dövlətimizin başçısı tədbirdə çıxış edib.

Sonra Azərbaycanda idmanın inkişafında xidmətləri olan idmançılara və idman mütəxəssislərinə mükafatlar təqdim olunub.

Prezident İlham Əliyev 2022-ci ildə yüksək nailiyyətlər qazanmış bir qrup idmançıya və idman mütəxəssisinə - Dadaşbəyli Dadaş, Ruslan Lunyov, Əli İbrahimov, Tahir Baxşıyev, Tayfur Əliyev, İlham Məmmədov, Təbriz Həsənov, Ağahüseyn Mustafayev, Sənan Süleymanov, Taleh Məmmədov, Ramazan Muradov, Yaylagül Ramazanova, İrina Zaretska, Fəxrəddin Quliyev, Südeif Quliyev, Elvin Astanov, Ramil Mahmudov, Billurə Eminova, Rəhim Qasımov, Cavad Ağayev, Asif Həsənov və Şəfəq Kərimovaya yeni mənzillərin orderlərini təqdim etdi.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.