Siyasət

Arkovun proqnozu doğruldu, Ermənistan təkzib etdi

8 Dekabr 2022 21:02
Baxış: 779

İranın Ermənistana təmənnasız olaraq 500 ədəd "Dehlaviye" və 100 ədəd "Almas" tipli tank əleyhinə idarə olunan raket kompleksi bağışlaması barədə məlumatı şərh edən rusiyalı ekspert Vitali Arkovun proqnozu özünü heç "bir-iki gün" də gözlətmədi.

Milli.Az axar.az-a istinadən bildirir ki, V.Arkov rəsmi İrəvanın bu barədə xəbərləri yaxın 1-2 gündə təkzib edəcəyini, "guya belə bir məlumat həqiqət deyil" deyə, açıqlama yayacağını bildirmişdi. Məqsəd isə həmin raketlərin əhəmiyyətli hissəsinin Rusiyaya göndərilmə ehtimalıdır.

Proqnoz artıq özünü doğrultdu: Ermənistan MN-in sözçüsü Aram Torosyan qısa, cəmi bircə cümləlik təkzib yayıb.

"İranın Ermənistana raket və raket sistemləri verməsi ilə bağlı məlumatlar həqiqətə uyğun deyil", - o bildirib.

Qeyd edək ki, İranın Ermənistana nəinki raketlər hədiyyə etməsi, hətta bu raketlərdən istifadəni öyrətmək üçün 27 nəfərlik heyəti (iki mərhələdə) Xankəndiyə göndərməsi də, göndərilən iranlı mütəxəssislərin ad-soyadları və pasport məlumatları da fotolarına qədər yayılıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.